Uşaqlarda 2 yaş sindromu
Elektrikli alətlərdən və yanıcı maddələrdən uzaq olmasını təmin etmək lazımdır. Maraqlı olması səbəbiylə hər şeyi qarışdırar və kreslolara, yüksək yerlərə dırmaşmaqdan çox xoşlanar.
2 yaşa doğru uşaq, artıq qaça bilir, köməklə də olsa nərdivanları çıxa bilir və icazə verildiyində yeməyini öz başına yeyə biləcək fiziki yetkinliyə çatır.
Uşaqların psixososyal inkişaf mərhələlərinə baxıldığında 1,5 ilə 3 yaş arası əhəmiyyətli bir dönüş nöqtəsidir. Amma xüsusilə 2 yaş sehrli bir dövrdür. Uşaq bu yaşda müstəqil hərəkət ədə bilən bir fərd olmaqdan əlavə şifahi olaraq da özünü ifadə etməyə başlamışdır. Zehni funksiyaları da çox sürətlə inkişaf etməkdədir. Başqalarından fərqli olduğunun fərqinə varmışdır. Ailə içindəki əhəmiyyətinin və dəyərinin də fərqindədir.
Bu dövrdə hər şeyi soruşan və araşdıran uşaq öyrənmə səyinin ən üst nöqtəsindədir. Gördüklərini, eşitdiklərini yaddaşına yazar, hər kəsi təqlid edər, özünə deyilən sadə əmrləri anlar və özündən istənənləri edə bilər.
Bu yaş uşağıyla danışmaq zehni inkişafı baxımından çox əhəmiyyətlidir. Soruşduğu suallara doğru və açıq cavablar vermək və marağını aradan qaldırmaq lazımdır.
Zehni və fiziki olaraq bu inkişaf mərhələlərini yaşayan uşaq, şəxsiyyət və xarakter xüsusiyyətlərinin ilk ip uclarını verməyə bu dövrdə başlar. 2 yaş əhəmiyyətli bir yaşdır çünki ailələr baxımından ən məcburedici davranış formalarından biri yəni inad bu yaşda ortaya çıxar. Bu səbəblə bu dövr "inad çağı" olaraq bilinər. Daha əvvəldən əlindən tutaraq hər yerə apardığınız kiçik uşağınız artıq necə gəldi inadlaşmağa hər şeyi rədd etməyə və reaksiya verməyə başlamışdır. Kiçik uşağınıza söz keçirmək az qala qeyri-mümkündür. Artıq özünün fərqli bir fərd olduğunu, müstəqil hərəkət edə bildiyini anlayan uşağınız əslində “mən fərqliyəm, öz duyğu, düşüncə və istəklərim var” deməkdədir. Hər şeyə xeyr deyərkən, bu xeyrin təsirini gördüyü an, davamlı istifadə etmə yolunu seçər. Bilindiyi kimi inad edən uşaq, razı salınmağa çalışılarkən əslində diqqətləri də üzərində toplamağı bacarmaqdadır.
Uşaq, bu inad dövrünə girdiyində hər şeyə xeyr deməyə başlamışdır və bu da ailələr üçün çətin bir dövrdür. Bunun keçici bir dövr olduğu, doğru davranış qəlibləri tətbiq olunduğunda 4 - 5 yaş ətrafı sona çatacağı bilinməlidir.Bu dövrdə uşaqla inadlaşmaq, heç bir fayda təmin etməyəcəyi kimi işləri daha da çətinləşdirə bilər.
Ailə mühitində etibarlı olan intizam qaydaları nədirsə eyni şəkildə davam edilməli, ancaq uşaq üzərində məcburedici olunmamalıdır. İnad edən uşaq eyni zamanda tündxasiyyətləşə bilər və özünü yerdən yerə ata bilər. Belə zamanlarda valideynlərin tutumu çox əhəmiyyətlidir. Belə anlarda uşağın üzərinə getməmək ilk həll yoludur. Əslində məqsəd, inadlaşmanın bu hala gəlmədən əvəəl həll edilməsi olmalıdır. Valideynlərin sıxlıqla etdiyi səhvlərdən biri, inad edən uşağın istədiyini etməkdir. Beləliklə uşaq, ağlayaraq, inad edərək, tündxasiyyətləşərək istədiyini əldə etdiyini görəcək və hər vaxt, hər şərtdə bunu bir davranış qəlibi olaraq göstərəcək.
Halbuki, əvvəlcə inad edən uşaqla danışmaq, onu razı salmağa çalışmaq və diqqətini başqa yerlərə çəkmək təsirli bir üsuldur. İnad edən uşağın ilk məqsədi anasının ya da olduğu mühitdəki insanların diqqətini öz üzərinə yığmaqdır. İnadlaşmağa başlayan uşaqla danışmaq ona " mənim üçün qiymətlisən, sənə əhəmiyyət verirəm" deməkdir. Ancaq bəzən, uşağın inadını qırmaq və onu sakitləşdirmək mümkün olmur. Bu vəziyyətdə uşaqla mübahisə etmək və ya danlayaraq, üstünə qışqıraraq bir şeyi qəbul etdirməyə çalışmaq fayda etməz. Bəlkə yalnız o an üçün qorxaraq susar ya da çox daha şiddətli və ciddi reaksiyalar verər. Şiddətli qışqırmalar zamanı uşaqla danışmağa çalışmaq boşa səy göstərməkdən başqa bir şey deyil. Belə gərgin anlarda susmaq və mümkünsə uşağı etibarlı bir mühitdə tək buraxmaq ən yaxşı həlldir. Ağlayan və inad edən uşağa onu anladığınızı amma bu ağlamanın və qışqırmağın faydası olmadığını söyləmək və sakitləşdiyində oturub danışaq demək çox təsirlidir. Beləcə uşaq, bu davranışlarının sizə təsir etmədiyini və istəklərini bu şəkildə etdirə bilməyəcəyini görəcək. Bunları söyləyərkən çox qərarlı və sakit olmaq lazımdır. Həqiqətən də vəziyyət normala döndüyündə yəni uşaq sakitləşdiyində onunla danışmalı və ortaq bir həll yolu tapmalısınız. Danışarkən “mən” dilini istifadə etmək, “belə qışqırıb ağladığında, nə istədiyini anlamıram amma danışdığımız zaman nə gözəl razılaşırıq” demək doğru davranış qəliblərinin meydana gətirməsində təşviq edici olacaq. Hər qarşıdurma və inadlaşmada eyni qərarlı və tutarlı rəftarı göstərmək əsas qaydadır. Valideynlərin tutumunun uşağın gələcəkdəki davranış və şəxsiyyət xüsusiyyətlərini təyin edəcəyi unudulmamalıdır.
Uşaqlar bitmək tükənmək bilməyən bir maraqla hər mövzuda sual verərlər. Hər şeyin səbəblərini öyrənmək istəyərlər. Bu səbəblərin doğru açıqlanması inadlaşma və qarşıdurmaların qarşısını almaq baxımından çox əhəmiyyətlidir. Ümumiyyətlə bir çox problemdə olduğu kimi uşaqla danışmaq, ona əhəmiyyət vermək problemi daha çıxılmaz hala gəlmədən həll edəcək sehrli nöqtədir.
Bu zaman uşaq əhəmiyyətli və qiymətli olduğunu fərq edəcəyi üçün daha mülayim və uyğun davranacağını söyləmək mümkündür.
Kiçik uşaqlar və inad üzərinə edilən araşdırmalarda ailəsi içində əhəmiyyət və dəyər görən, söylədikləri dinlənilən və özləriylə danışılan uşaqların içtimai uyğunlaşmalarının, belə bir təhsil tərzi mənimsəməyən ailələrə nisbətlə çox yüksək olduğu görülmüşdür. Bu uşaqlar yetkin olduqlarında da gərək təhsildəki müvəffəqiyyətləriylə, gərək içtimai uyğunlaşmalarıyla göz dolduran uşaqlar olurlar. Eyni zamanda yoldaş əlaqələrində xoşbəxt və doyumlu olduqları kimi başqalarıyla empatiya qurma bacarıqları da olduqca yüksək olur. Ancaq ailələr inad edən uşağa hirslənmənin ya da onun istədiklərini edərək susdurmağın inadı qırmağa kafi olduğu kimi çox səhv bir fikirə sahiblər, çünki bir çox ailə uşaqdır gözüylə baxır və vəziyyəti ciddi qəbul etmir.
Əslində doğru davranıldığı zaman həqiqətən də ciddi bir davranış pozuntusu deyil. Yalnız yaş dövrünə xas bir içtimailəşmə istəyidir. Amma valideynlərin davranışları bu inadlaşmanın və tündxasiyyətliliyin qalıcımı yoxsa dövrə xas bir keçişmi olduğunu təyin edəcək. Ayrıca uşağın hər söylədiyinə və istədiyinə xeyr demək eyni davranışı sizə qarşı inkişaf etdirməsinə də zəmin hazırlamaq deməkdir. Uşaqların xüsusilə bu yaşlarda çox yaxşı təqlid etdiklərini, modelləşdirmə etmə qabiliyyətlərinin çox inkişaf etmiş olduğunu unutmamaq lazımdır. Bunun yerinə, uşağa variantlar təqdim etmək daha ağıllıca bir həll olar. Yemək yeməmək üçün inad edən bir uşağa, zorla yemək yediyərməyə çalışmaq uşağın yeməyə hər oturulduğunda təkrar məcbur ediləcəyini düşünməsinə və aç olsa belə yeməyi rədd etməsinə gətirib çıxaracaq. Halbuki, yeməyini yemək istəməyən uşağa variant təqdim edərək “əvvəl hansından yemək istəyərsən” demək çox təsirlidir və bu əslində “bu yeməkləri yemək məcburiyyətindəsən amma hansını əvvəl yeməyinə sən qərar ver” demənin başqa bir yoludur.
Valideynlərin istəklərini etdirmək mövzusunda bir az yaradıcılıqlarını istifadə etmələri lazımdır. Çünki uşaqlar yaradıcıdır və ən olmadıq anlarda ən olmadıq şeylər istəyərlər və ailələri çaşdıra bilərlər. Bu vəziyyətdə uşaqla düz cümlələrlə danışmaq yerinə fərqli dünyagörüşləri inkişaf etdirmək və bir az onun yaşına enərək onun gözüylə onun pəncərəsindən baxmaq həm uşaqla ünsiyyəti asanlaşdırar həm də çox əyləncəli bir oyun halına gələ bilər. Uşağı, mövzu nə olursa olsun razı salmaq üçün etibarlı səbəblərin olması lazımdır. Unudulmamalıdır ki uşaqlar, bir robot kimi yalnız valideynlərin istədiklərini etmək məcburiyyətində deyildirlər. Onun müstəqil və fərqli bir fərd olduğunu əvvəl siz qəbul etməlisiniz.
Sizin hər söylədiyinizi etməsini ya da etməməsini gözləmək əslində keçici olan bu inadlaşmaların qalıcı bir davranış pozuntusu olmasına yol aça bilər. Bütün bunların xaricində uşaqla inadlaşmanın və qarşıdurmaların daha problem meydana gəlmədən əvvəl qarşısına keçmənin çox təsirli bir üsulu daha vardır. Bu “Qazan-Qazan” qaydası olaraq bilinər. Burada məqsəd hər iki tərəfin də xoşbəxt olacağı və qazanclı çıxacağı bir həll yoludur. Məsələn mövsümə uyğun olmayan bir paltar geymək üçün inad edən uşağa xeyr deyərək onu daha da əsəbiləşdirəcəyi kimi vəziyyət heç bir razılaşma yolunu qəbul etməməsiylə nəticələnər. Halbuki yaşı nə qədər kiçik olursa olsun uşağın deyilən hər şeyi anladığını bilərək qısa və dənə-dənə izah edərək açıqlamaq inanılmaz bir təsir edər: Məsələn uzun qollu bir geyim geymək üçün israr edirsə ona tərləyəcəyini amma eyni rəngdə başqa bir neçə paltar arasından istədiyini
seçəcəyini söyləmək faydalı nəticə verər. Diqqəti digərlərinə yönələcəyi üçün mövzu çox böyümədən həllə qovuşar. Bilindiyi kimi uşaqlar ümumiyyətlə cəmiyyət içindəykən bəzi şeylər üçün tutdurarlar və israr edərlər. Çünki bilərlər ki ananın fikri başqa yerlərdəykən istədiklərini etdirə bilərlər. Bu davranışın təməlində də eyni şey yatar, uşaqla danışmamaq. Halbuki harada olursa olsun onunla danışmaq və şərh etmək, uşağa özüylə maraqlanıldığını hiss etdirəcəyi üçün əhəmiyyətlidir.Təməl qayda danışmaq və səbirli olmaqdır.
Uşaq baxımından model çox əhəmiyyətlidir və əvvəlcə nümunə götürəcəyi modellər ailə fərdləridir. Əgər inad etdiyində istəklərini asanlıqla etdirə bildiyini görürsə bunu vərdiş halına gətirməsi qaçınılmazdır. Yetkin halına gəldiyində də qarşısındakı insanlarla əlaqələrində uzlaşmaz bir davranış mənimsəyəcək. Ya da hər inadlaşdığında davamlı xeyrlərlə maneə törədilən , həzm edilən və daha başdan mübahisə itirən tərəfdirsə irəlidəki həyatında da tez imtina edən, qərarsız, asanca başqalarının təsiri altında düşə bilən bir fərd olacaq. 2 - 2.5 yaş aralığında ortaya çıxan bu mənfilik dövrü qarşıdurmalara meydan vermədən sovuşdurula bilsə uşağın uyğun və uzlaşan olmaması üçün bir səbəb yoxdur.Uşağın yaşı diqqətə alınmalı və hər vəziyyətdə mütləq danışılmalıdır. Özüylə danışılan, düşüncələrinə hörmət edilən uşaqlar bu körpəlikdən ilk uşaqlığa keçiş dövrlərini problemsiz bir şəkildə yaşamaqda və irəlidə də uzlaşmacı, etrafındakılarla empatiya qura bilən yetkinlər olmaqdadırlar. Uşaqlar etdiklərinin nə mənanı verdiyini bilərək etməzlər, onlar baxımından yalnız istəkləri vardır. Hər şeyi oyunla öyrənərlər və fərd olma bacarığını da bu oyunlarla qazanarlar. Valideynlər də yaxşı bir oyunçu olmaq məcburiyyətindədirlər. Uşaqda 2 yaş ətrafı başlayan bu inadlaşmalar 4- 5 yaş ətrafı bitər ancaq bu səfər “körpəliyə geri çevrilmə” kimi başqa davranışlar inkişaf edər. Uşaq yetişdirmək demək hər yaş və dövrdə fərqli inkişaf mərhələləriylə qarşılaşmaq deməkdir. Bunlar da inkişafın təbiətinin bir parçasıdır.
Psixoloq: Ramilov Zamin