Cətin uşaqlar və onlarla aparılan işin xüsusiyyətləri
Adətən çətin uşaqların xüsusiyyətləri ən cox yeniyetməlik dovründə ozünü gostərir.Bu dovr uşaqlarda çətinliyin yaranmasına təkan verir.
Çox vaxt çətin uşaqlarin meydana gəlməsi ailə tərbiyəsində yol verilən noqsanlarla bağlı olur.Ailədə valideynlər arasında uşaqların tərbiyəsində vahid tələbin olmaması,uşağın tərbiyəsi və onun şəxsiyyətinin inkişafı uçun müvafiq şəraitin yaradılmaması,valideynlər arasinda ciddi konfliktin olması,valideynlərin davranışında uşağa mənfi təsir edəcək qüsurların qüsurların mövcudluğu ,ailədə əxlaq ,ictimai münasibət normalarına uyğun olmayan sərvət və normalar sisteminin formalasması və s.çətin uşaqların yaranmasinin başlıca səbəbidir.Çətin uşaqlarla iş aparmaq və onlarda özünü göstərən qüsurları aradan qaldırmaq üçün psixoprofilaktika və psixokorreksiya vasitələrindən sistemli şəkildə istifadə etmək lazım gəlir.Bu sahədə psixoloqların üzərinə xüsusi iş düşür.Burada birinci növbədə diqqətə xas olan,şəxsiyyəti sosial cəhətdən deformasiyaya uğrayan,uşaqlarin vaxtinda diaqnostikasını verməyə yönəldilmişdir.Bu zaman uşaqda çətinlik yaranması səbəblərinin aşkara çıxarılmasına da xüsusi diqqət yetirilməlidir.Bütün bunların əsasında və uşağın fərdi xüusiyyətlərini nəzərə almaqla onunla aparılacaq iş sistemi müəyyənləşdirilməlidir.Bu cür vəziyyətdən çıxmaq üçün psixoloq və müəllimlər müasir psixologiyanin nailiyyətlərinin məktəb həyatına tətbiqi nəticələrinə istinadən etməlidirlər.
Şagirdlərin davranışında və şəxsiyyətinin inkişafında özünü gostərə bilən qüsurların qarşısını almaq və onları aradan qaldirmaq sahəsindəki işin aşağıdakı istiqamətlərini müəyyənləşdirmək mümkündür.
1.Məktəbə yeni daxil olan şagirdlə ,onun valideynləri ilə,uşağa aid bütün sənədlərlə taniş olmaq və bu zaman həmin şagirdin tərbiyəsindəki çətin cəhətləri aşkara çıxarmağa çalısmaq.
2.Çətin şagirdin kollektivə alışmasina köməklik gostərmək,sinif rəhbəri ilə birlikdə şagirdin davranişında mövcud olan qüsurlarıaradan qaldırmağın planını hazirlamaq.
3.Davranışda və şəxsiyyətin inkişafında qüsurlar olan şagirdləri dərindən öyrənmək ,bu zaman peşə etikası normalarına əməl etmək,imkan daxilində şagirdə yoxlanmasının həqiqi məqsədini bildirməmək.Lazım gələrsə psixoloq həmin şagirdin əqli səviyyəsini müəyyənləşdirmək üçün müvafiq mütəxəssislərlə(məs,psixator,həkim və b.)əlaqə saxlamalıdır.Əgər uşağın inkişafında qüsurlar,psixi normalara uyğun gəlməmək halları müəyyənləsdirilərsə,məktəb psixoloqu ona fərdi yanaşmaqla əlaqədar müəllimlərə və valideynlərə məsləhət verə bilər.
Çətin tərbiyə olunan uşaqlarla,xüsusilə yeniyetmələrlə psixoloqun işi onun əsas vəzifələrindən birini təşkil edir.Ona gorə də burada psixoloqun və başqa müəllimlərin aparacaqları işlərin xarakteri qabaqcadan müəyyənləşdirilməli və buna müvafiq iş aparılmalidir.
//Psixoloq-Vüsalə Əsgərova