Autizm nədir?
Otizm beynin bir çox qisiminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi çox yaxşı aydın ola bilməmişdir. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri fərq edər. Erkən davranışsal ya da kavrayışsal müdaxilələr uşaqların özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət bacarıqları qazanmasına yardımçı ola bilər.Autizmin çarəsi yoxdur. Autist uşaqların çox azı yetkin olduqdan sonra müstəqil yaşamaqda, bunlardan bir qisimi bunda müvəffəqiyyətli ola bilməkdədir. Bəzilərinin autizmə bir çarə axtardığı, digərlərinin də autizmin bir pozuntudan çox, vəziyyət olduğuna inandığı bir autistik mədəniyyət ortaya çıxmışdır
Xüsusiyyətləri
Otizm tək bir əlamətdən çox, bir silsilə əlamət ilə fərq edilir. Ana xüsusiyyətləri ictimai qarlılıqlı təsir pozuqluqları, ünsiyyət pozuqluqları, məhdud maraq və təkrarlayıcı davranışdır. Atipik yemək yemə kimi digər xüsusiyyətlərə sıxlıqla rast gəlinər amma tanı qoymaq üçün lazımlı deyil.
Ünsiyyət
Autizmi olanların üçdə biri ilə yarısı arasında bir qisimi gündəlik ünsiyyət ehtiyaclarını qarşılayacaq qədər təbii danışma bacarığı inkişaf etdirə bilməz. Ünsiyyətdəki fərqliliklər bir yaşından etibarən müşahidə edilə bilər. Bu fərqliliklər, danışmağa başlamadan əvvəl mənasız səslər çıxarmağa başlama dövrünün gecikməsi, sıradışı əl hərəkətləri, azalan həvəslilik və baxıcının səsinə, sinxronizə olmayan reaksiyalar olaraq sayıla bilər. İki və üç yaşından sonra otistik uşaqların daha seyrək və daha az fərqli mənasız səslər çıxardığı, sözlər və söz qrupları söylədiyi, əl hərəkətlərinin sözlərlə daha az əlaqəli olduğu müşahidə edilər. Autistik uşaqların daha az istəkləri olur ya da təcrübələrini paylaşar, əksəriyyətlə başqalarının sözlərini təkrar edərlər (exolaliya) ya da adam əvəzliklərini qarışdırarlar. Funksional bir danışma üçün birləşmiş diqqət lazımlı kimidir. Birləşmiş diqqət əskiklikləri ASPli uşaqların fərqinə varılmasını təmin edə bilər: məsələn, işarə edilən obyekt yerinə işarə edən ələ baxa bilərlər, və davamlı olaraq yaşlarına uyğun olaraq təcrübələri haqqında "şərh etməyi" ya da "paylaşmağı" bacara bilməzlər. Otistik uşaqlar xəyal gücünə söykənən oyunlarda və simvolları dilə çevirmədə çətinlik çəkə bilər.
Bir neçə işdə yüksək funksiyalı autistik 8-15 yaşındakı uşaqlar söz məlumatı və hecalama kimi təməl dil vəzifələrində fərdi olaraq uyğunlaşdırıldıqları idarə təcrübəlikləri ilə eyni performansı göstərmiş, yetkinlər isə daha yaxşı nəticə əldə etmişdir. Hər iki autistik qrupu da, məcazi izahat, anlama və nəticə çıxarma kimi kompleks dil vəzifələrində idarə qruplarına görə daha pis nəticələr əldə etmişdir. Ümumiyyətlə insanlar başlanğıcda təməl dil bacarıqlarına görə ölçüldüyü üçün bu araşdırmalar autistik fərdlərlə danışan kəslərin əksəriyyətlə qarşılarındakının anlaya biləcəyindən çox şey anlayacağını düşünə biləcəklərini göstərməkdədir.
Təkrarlayıcı davranış
Oyuncaqlarını nizamlı bir xətt üstündə düzən,autizmi olan kiçik bir uşaq.
Autistik fərdlər təkrarlayıcı və məhdud davranışın bir çox növünü göstərirlər. Bunlar Nəzərdən keçirilmiş Təkrarlayıcı Davranış Ölçüsünə görə belə təsnif edilir:
• Stereotipi əl çırpma, baş və bədən sallama kimi məqsədsiz hərəkətlərdir.
• Kompulsiv davranış istəyərək edilir ve obyektləri nizamlı bir xətt üstündə düzmək kimi təkrarlanan qaydaları var.
• Təkdüzəlik dəyişikliyə qarşı müqavimət göstərməkdir; məsələn, mebellerin yerinin dəyişilməsinə qarşı çıxma ya da etdiyi işi yarıda kəsməyə qarşı çıxma kimi.
• Ritual davranış günlük fəaliyyətləri hər zaman eyni qaydada etməkdir; məsələn, eynı yeməklərin yeyilməsi ya da eyni paltarların geyilməsi kimi. Bu davranış, təkdüzəlik ile çox yaxından əlaqəlidir və müstəqil bir dəyərləndirmə çalışması nəticəsində bu iki faktorun birləşdirilməsi təklif edilmişdir.
• Məhdud davranış maraq və fəaliyyətlərdə məhdud olmaqdır; məsələn, tək bir televiziya proqramı ile maraqlanmaq kimi.
• Özünü yaralama şəxsi yaralayan ya da özünü dişləmək kimi yaralaya biləcək hərəkətləri ehtiva edir. Dominick et al., araşdırmalarında ASP’si olan uşaqların təxminən 30%də özünü yaralama davranışlarından təsirləndiyini ifadə etmişdir.
Autizmə xüsusil təkrarlanan bir davranış yoktur amma təkcə autizmdə bu davranışlara çok tez-tez rast gəlinir ve şiddətləri daha çoxdur.
Səbəbləri
Delesiya (1), duplikasiya (2) ve inversiya (3) autizm ilə əlaqəli xromosom anomaliyalarıdır.
Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca kompleksdir ve ASP’nin mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindən mi yoxsa nadir görülən mutasiyalardan mı qaynaqlandığı çox açıq deyildir. Əkizlər üzərində edilən araşdırmalar, ortaq mühit şərtləri və başqa genetik ya da tıbbi sindromlar olmadığı fərz edildiyində, autizm riskinin 90%dən çoxunu irsiliyin açıqladığını göstərir. Tipik olarak, autizm Mendel (tək gen) mutasiyası, ya da Engelman sindromu və ya frajil X sindromu kimi tək xromosom anomaliyaları ilə izlənə bilməz ve ASP ile əlaqəli genetik sindromların yalnızca ASP’yə yol açdığı da göstərilməmişdir. Müxtəlif genlərdə olan mutasiyalar arasında ya da mühit ilə mutasiyaya uğramış genlər arasında önəmli qarşılıqlı təsurlər tapıla bilər. Müxtəlif genlər bunlara namizəd olaraq məyyən olunmuşdur, ancaq hər birinin təsirii öz başına çox kiçikdir. Ailələrində başqa autistik olmayan autistik fərdlərin çoxu, gen kopiya sayıı variantlarından (Mayoz bölünmə sırasında özü-özündən yaranan delesiya ya da duplikasiyalar) qaynaqlanmış ola bilər. Bu səbəbdən, autizmin önəmli bir mqdarının irsi olması mümkündür, amma irsi keçməmişdir; yəni valideynlər genomunda autizmə səbəb olan mutasiyalar var.
Doğum qüsurlarına yol açan faktorlar olan ve autizm riski ilə əlaqəli bütün teratojenlərin, hamilə qaldıqdan sonrakı ilk səkkiz həftə içində təsirlərinin görüldüyü bildirilmiştir. Bu nəticə, autizmin daha sonra başlama ehtimalını çöldə tutmasa da autizmin inkişafın çox erkən dövründə ortaya çıxdığına dair çox güclü bir sübutdur. Ətraf mühit səbələri ilə bağlı dəlillər elmi olaraq tapılmasa da detallı araşdırmalar aparılmaqdadır.[Autizmin meydana gəlməsinə ya da pisləşməsinə səbəb olduğu irəli sürülən ətraf mühitl faktorları arasında bəzı qidalar, yoluxucu xəstəliklər, ağır metallar, solventler, Dizel eqzoz qazı, PCBlər, plastik məhsullarda istifadə edilən ftalatlar ve fenollər, pestisitlər, bromine alov gecikdiricilər, spirtli içkilər içmək, siqaret çəkmək, qeyri-qanuni narkotiklər, və peyvəndlər aşkar olunur. Valideynlər uşaqlarındakı autistik əlamətlərin ilk olaraq təkrar peyvənd edilmə əsnasında fərqinə varsa da MMR peyvəndi anlaşmazlığı|MMR peyvəndi (qızılca peyvəndi ) və autizm arasında heç bir bağ tapılmadığını göstərən çox sayda elmi sübut var.
ASPsi olan uşaqların valideynlərinin təxminən yarısı uşaqlarının qeyri-adi davranışlarını 18 aylıqdan etibarən, təxminən beşdə dördü də təxminən 24 aylıqdan etibarən fərqinə varırlar. Müalicəni gecikdirmək uzunmüddətli nəticələrdə təsirli olacağından, aşağıdakı əlamətlərdən hər hansı birini göstərən uşaqların bir mütəxəssis tərəfindən zaman keçirmədən qiymətləndirilməsi lazımdır:
• 12 aylığa gəlindiyində uşağın heç gevelemeye başlamaması.
• 12 aylığa gəlindiyində əl işarələrinin yoxluğu (barmaqla göstərmə, əl yelləmə, vs.)
• 16 aylığa gəlindiyində tək bir söz belə deyilməməsi.
• 24 aylığa gəlindiyində heç özbaşına iki sözlü danışığın olmaması (exolaliya xaricində.)
//Psixoloq: Əlibəyova Aynur