Sunday, January 6, 2013

Dayə seçimi


Uşağınız üçün dayə seçimi – ciddi və cox vaxt qayğılı işdir. Əgər siz qətiyyətlə yaxşı namizəd axtarmaq qərarına gəlmisinizsə, səbrli olun və maksimum zaman ayırmağa çalışın. Çünki sizin seçiminizdən uşağın inkişafı, onun emosional vəziyyəti tərbiyədən asılıdır. Ümid edirik ki, bizim məsləhətlər sizə düzgün seçim etməyə yardım edəcəkdir.Dayə seçimi zamanı optimal qərar dostların və tanışların tövsiyyələri olur. Həmçinin dayə xidməti göstərən xüsusi bürolar mövcuddur. Lakin hər halda tanışlardan, agentliklərdən aldığınız informasiyaya kor-koranə etibar etmək olmaz. Ən yaxşısı özünüz hər şeyi yoxlayın.Yalnız vacib sənədləri deyil, həmçinin uşağa bu insanın yanında rahat olub olmadığını da yoxlamaq lazımdır. Bu, ən vacib anlardan biridir. Ona görə onun uşaqla ünsiyyət qurmasına imkan yaradın və uşağın reaksiyasına baxın.
Əsaslı surətdə hər bir namizədə baxın. Onun fəaliyyəti haqqında fikir öyrənmək üçün, əvvəl işlədiyi ailələrə zəng vurun. Şəxsi təmasda ilk qiymətləndirilən, “özünü təqdim etmə” bacarığıdır. Əgər dayə ilə ünsiyyət sevinc və pozitivlik gətirmirsə, onun xidmətlərindən imtina etmək lazımdır.
Gözlənilməz situasiyalarda ( məsələn: əgər uşaq harasa bərk dəyibsə, qızdırması qalxıbsa və s. ) ondan necə davranacağı haqqında ətraflı soruşun. Həmçinin müəyyən etmək lazımdır ki, uşaq dayənin yanında qalacaq, yoxsa öz evində. Çox zaman nəzarət sizin ərazinizdə baş verir.
Əgər seçim etmisinizsə, o zaman dayənin şəxsiyyət vəsiqəsinin məlumatlarını özünüz üçün götürün. Bu, gözlənilməz situasiyalarda təhlükəsizliyin təminatı olacaqdır. Narkoloq, dəri həkimi, psixiatrdan arayış olsa pis olmaz. Əgər pedaqoji təhsil əhəmiyyət kəsb edirsə, o zaman müvafiq diplomla tanış olmaq lazımdır.
Daha vacib bir an. Uşağı hazırlamaq lazımdır ki, ana işə çıxacaq və ona dayəsi baxacaq, öz növbəsində uşaq da onun sözünə qulaq asmalıdır. İlk vaxtlar anlaşılmazlıq olmasın deyə uşağın adət etdiyi nizam-intizam qaydalarını yazın və onu görünən yerdən asın ki, dayə üçün uyğunlaşmaq daha asan olsun. Çox vaxt da dayə olan evlərdə gizli kameralar quraşdırırlar ki, bu da situasiyaya və uşaqların təhlükəsizliyinə nəzarət etməyə imkan verir.
Dayənin vəzifələri:
• Uşağın rejiminə nəzarət etmək
• Uşaqla gəzinti
• Yeməyin hazırlanması və yedirmə
• Uşağın otağında səliqə-səhmanın saxlanması
• Gigiyenik norma və qaydaların aşılanması
• Uşağın paltarlarının yuyulub, ütülənməsi
• Uşağın psixi və fiziki inkişafı ilə məşğul olmaq
• Uşağın yaşına uyğun olaraq təlim çalışmaları
Siz hansı tələbləri irəli sürmək iqtidarındasınız?
Dayə öz sağlamlığı barəsində tibbi arayış təqdim etməlidir, psixonevroloji dispanserin, dəri həkimi, narkoloqun qeydləri, QİÇS – infeksiya, gepatit V, RW analizinin nəticələri mütləqdir.
Dayənin tibbi arayışı haradan aldığını, rayon poliklinikasının nömrəsinin onun yaşayış yerinə uyğun gəlib gəlmədiyini yoxlayın.
Mütləqdir – dayənin şəxsiyyət vəsiqəsi. Şəxsiyyət vəsiqəsinin nüsxəsini çıxartmağa tənbəllik etməyin. Əgər siz müqavilə imzalayırsınızsa, şəxsiyyət vəsiqəsindəki məlumatlar müqavilədə qeyd edilir.
Dayənin təhsil müəssisəsini bitirdiyi barəsində diplom – tibbi və ya pedaqoji.
Əvvəlki iş yerlərindən yaxşı rəylər.
Dayə seçimində daha nəyi nəzərə almaq lazımdır?
• Dayə üçün optimal yaş 35-55 yaşdır
• Dayənin uşaqlarla dil tapma bacarığı
• Uşaqlarla ünsiyyət qurma təcrübəsi
• Uşaqla məşğul olmaq və oyun oynamaq bacarığı
• Dayənin sakit, təmkinli xarakteri olmalıdır
• Zəruri hallarda ilk tibbi yardım göstərə bilmək bacarığı
• İdealda dayə bir saatdan çox yol qət edəcək qədər uzaqda yaşamamalıdır.
Əgər sizin uşağınız danışmağa başlayıbsa, o zaman dayənin nitqinə diqqət yetirin: sıx ünsiyyət nəticəsində uşaq dayəyə xas olan səhvləri mənimsəyə bilər.
Ümid edirik ki, bizim məsləhətlər körpəniz üçün yaxşı dayə seçməyə yardım edəcəkdir!
//Psixoloq:Aynur Əlibəyova