TOP NEWS

Thursday, January 3, 2013

Uşaqlara özünəxidmət və təmizlik bacarığının öyrədilməsi


Təmizlik insanın sağlamlığının əsasını təşkil edir.Gigenik qaydalara riayət edən şəxs həm özünü,həm də ətrafdakı insanları mikroblardan,yoluxucu xəstəliklərdən qoruyur.Bunun əksini edən şəxslər isə həm tez-tez yoluxucu xəstəliklərə tutulur,həm də yaşadığı mühitdə digər insanlar tərəfindən qəbul edilməz olurlar.Uşağa təmizlik qaydaları öyrdilərkən bunun əhəmiyyətini də uşağa başa salmaq lazımdır.Bu uşağa hələ körpə ikən aşılanmalıdır.Əgər uşaq yaşadığı müddətcə təmizliyə riayət etməzsə ,o zaman bu onun sağlamlığında gələcəkdə bir çox fəsadların yaranmasına səbəb olacaq.
Uşağa əllərini yumaq vərdişi öyrədilərkən aşağıdakı qaydalara riayət edilməsi tövsiyə olunur:
1.İlk növbədə əlləri yumaq üçün lazım olan vəsaitlər təşkil olunur.Buraya sabun və dəsmal daxildir.
2.Uşaqlar qumla,gillə oynadıqdan sonra,boyalardan istifadə edərkən,ən əsası isə yeməkdən əvvəl və yeməkdən sonra əlləri mütləq yumalıdır.
3.Bunun üçün uşaqla birlikdə hamama getməlisiz və ona əllərini yuyacağını söyləməlisiz.Əvvəlcədən hamamda uşağın boyuna uyğun və suya əli çatacağı şəraiti yaratmalısız.Bundan sonra uşağa sabunu göstərib -“Bu sabundur.Bundan əllərimizi yuyarkən istifadə edirik.Sabun kirləri təmizləyir,bizi mikroblardan qoruyur.Ona görə də xəstələnməmək üçün əllərimiz çirkləndiyi zaman,yeməkdən əvvəl və yeməkdən sonra mütləq yumaq lazımdır”-deməlisiniz.Bir çox valideynlər uşaqlarının əllərini özləri yumağa cəhd edirlər.Bu isə uşaqda özünə qulluğun qarşısını alır.Ona görə də çalışmaq lazımdır ki,uşaq özü əllərini yusun.
4.Çalışın uşağınızın hərəkətlərini müşahidə edin.Suyu açıq buraxarsa ona bunun düzgün olmadığını başa salın.Sabundan necə istifadə qaydasını öyrədin.Əgər sabunu yerinə düzgün qoymazsa bunu uşağa bildirin.Çünki bu onda adət halının ala bilər.
5.Əllər tam yuyulub qurtardıqdan sonra dəsmalı götürməsini deyin.Sonra dəsmaldan necə istifadə qaydasını uşağa başa salın.Əllərini sildikidən sonra dəsmalı yerinə asmasını tələb edin.Əgər dügün asmazsa bunu uşağa bildirin.Bütün bunları uşaq həyata keçirərkən çalışın uşağı tərifləyin-Afərin,indi əllərin təmiz oldu.Sən əllərini düzgün yumağı bacardın.-deyərək onu həvəsləndirin.Uşaq etdiyi hərəkətlərə görə qiymətləndirildikdə həmin hərəkəti etməyə daha çox səy göstərməyə çalışır.
//Psixoloq: Aygün Hüseynova