TOP NEWS

Thursday, January 3, 2013

Uşaqlar niyə yalan danışır???


Ailə uşağın sadəcə fiziki deyil,duyğusal ehtiyaclarını da qarşılamalıdır. Uşaqlarda ən çox sevmə-sevilmə ehtiyacları yaranır,valideyn də buna qarşılıq verməlidir. Uşağını sevdiyini,ondan sevgi gördüyündə xoşbəxt olduğunu deməlidir. Diqqət gözləyən uşaq daha çox yalan danışır. Çünki uşaq üçün diqqət su,çörək kimi vacib ehtiyacdır.
Normal şərtlərdə bu diqqəti görməyən uşaq yalan danışır və diqqəti özünə çəkməyə çalışır. Bu diqqət əsəbilik və cəza şəklində olsa belə uşaq üçün önəmli deyildir. Uşaq üçün önəmli olan diqqətdir və bu diqqəti əldə etmək üçün o hər yoldan istifadə edir. Valideynlər uşaqlarını bir fərd kimi görmürlər və çox vaxt öz istəklərini yürüdürlər. Özləri edə bilmədiklərini uşaqları etməsi,özləri yaşamadıqlarını uşaqları yaşamasını istərlər. Ancaq uşaqlarınız sizdən fərqlidir,və onların duyğularını anlamağa çalışmalısınız. Uşağın hər davranışına müdaxilə etmək uşaqda mənfi hisslər yaradır. Uşaqlar öz istəklərini,düşüncələrini yerinə yetirmək üçün yalan danışmağa can atırlar. Çox zaman valideynlər uşaqların fikirlərinə qarşı saymamazlıq edirlər və bu zaman da uşaq öz düşüncələrini gizlədir,və ailəsinin fikirlərini bəyəndiyini söyləyərək yalan danışır. Bunun əvəzinə uşaqların yaradıcılıq qabiliyyətlərini nümayiş etdirməyə şərait yaranmalıdır və onların fikrinə hörmətlə yanaşılmalıdır. Uşaqların müsbət davranışları qiymətləndirilməli,mənfi davranışlarının qarşısı alınmalıdır.Ailə uşağı qətiyyən başqa yaşıdlarıyla müqayisə etməməlidir. Valideyn uşağa normadan artıq və gərəksiz qadağalar qoymamalıdır. Bu qadağalar qoyulduqda uşaq yalan danışmağa başlayır. Uşağa qoyulan qadağanın səbəbi anladılmalı,ortaq qərarlar qəbul edilməlidir. Onların qabiliyyətlərini hər zaman dəstəkləmək lazımdı. Uşağın danışdığı yalan necə əyləncəli olur olsun onu bu yoldan çəkindirmək lazımdır.
//Psixoloq-Nigar Əliyeva