Uşaqların dostluq münasibəti
Yeniyetməliyin başlanğıcında qızlar və oğlanlar bədənlərindəki dəyişmələri mübahisəedilə biləcəkləri,duyğusal vəziyyətlərini paylaşa biləcəkləri az sayda dosta ehtiyac hiss edərlər.Beləliklə özlərini tanıya bilər və başqalarının dünyalarını anlaya bilərlər.həddi buluq çağını izləyən iləərdə yeniyetmənin,dost ətrafı genişlənər.
Beləliklə insan münasibətləri ilə bağlı təcrübələri formalaşır.
Sosial inkişaf üçün,yeniyetmənin həmyaşıdları ilə bərabər olmağa ehtiyacı vardır.Bu vaxtlarda ananın,atanın və digər teniyetmələrin dünya görüşləri rədd edilər.İçində olduğu dost əhatəsinin dəyərləri və dünya görüşü gənc üçün önəm qazanmağa başlayar.Bəzi vəziyyətlərdə yeniyetmə həmyaşıd qrupuna qəbul edilmək üçün və ya dostları tərəfindən icazə vermək üçün onların hərəkətlərini mənimsəyər kimi görünər.
Yeniyetmələrin dostları ilə münasibətləri,ana ataları ilə quracaqları münasibətlərdən fərqlidir.Ana ata ilə uşaq arasında,ana ata nüfuzuna söykənən bir münasibət vardır.Ana ata yol göstərən,doğruları söyləyən və qərar verəndir.Buna qarşılıq,yaşıdlarla bərabərlik fərqli bir münasibəti tələb edir:daha bərabərlikçi bir sosial təması lazım görər.Yaşıdlar bərabər biliyə və nüfuza sahibdirlər.Yaşıdlarıyla qurduğu münasibət ilə gənc,başda bərabərlikçi sosial münasibət qurmağı,güvənli davranış göstərməyi,öz düşüncəsini ifadə etməyi,başqalarının fikirlərini xoşluqla qarşılamağı öyrənir.Eyni zamanda yeniyetmə,ailədən gələn dəyər mühakimələri ilə dostlarından gələn dəyər mühakimələrini birbirləri ilə eyniləşdirmə mübarizəsindədir.Qarşı cinsin qəbul edici hərəkətlər içində olması və gənci bəyənməsi,yeniyetmənin özünü dəyərli bir varlıq olaraq qəbul etməsinə və qarşı cinslə daha güvənli münasibətlər qurmasına yol açar.
Uşaqlıqda dostları ilə münasibətləri qısalmış,yetginlərlə olan təmaslarında əzilmiş uşaq bunun təsirini yeniyetmə və yetgin vaxtına da aparır.Yaşıdları ilə bərabərlik prinsipinə söykənən sosial münasibət qurmaqda uğurlu olmayan uşaq və gənclərin,dostları tərəfindən qəbul edilmə yönündə problemləri olacaqdır.Dostları tərəfindən qəbul edilməyən uşaq,güvənsiz,qırğın və küsgün olur.Dost qrupunda rədd edilmə və dost olmağı arzuladığı yaşıdları tərəfindən qəbul edilməmə gənci çox üzər.
Həddi buluq illərindən etibarən yeniyetmənin əlaqəsiz davranma əyilimi,ideallaşması,daha məntiqli formada ağıl irəli sürməsi və fiziki-bioloji yetişkənlik əlamətlərinin gətirdiyi yeni ehtiyaclar yeniyetmənin başqaları ilə əlaqələrinə təsir edər.Gəncin zəka səviyyəsi,məktəb uğuru,fiziki görünüşü,bacarıqları,duyğusal yetişkənliyi də başqalarının qəbul edilmə və mənimsəmə dərəcəsinə təsir etməməkdədir.
Gəncin bəlli bir sahədə hünərinin və ya bacarığının olması onun dostlarının daha asan mənimsəməsinə yol verər və belə gənclər dostları arasında inkişaf edə bilərlər.Qrup tərəfindən qəbul edilmə,gəncin özünə olan güvənini artırar,dostları arasında duyğu və düşüncələrini rahat-rahat dilə gətirə bilər,başqalarının təsirində daha az qala bilər.Dostları arasında lazımı qədər mənimsəməyənlər,daha asan qrupun təsirində qala bilərlər.Özlərinə güvənləri lazımı qədər inkişaf etməmiş gənclər də dostlarının təlqininə daha açıq olurlar.
Psixoloq: Gülarə Mahmudova