Kinonun uşaqlara təsiri
Kinonun həzz qaynağı olmasının,kino vərdişinin formalaşmasının ən böyük səbəbi,filmin uşaqlara günlük həyatlarından fərqli bir həyəcan verməsidir.Qız və ya oğlan olsun,kiçik uşaqlar,əyləndirici filmlərlə,qəhrəmanı heyvan olan filmlərdən xoşlanırlar.Kino ilə əlaqəli seçimlərdə,cinsiyyət fərqinin təsiri 6 yaşında başlayar və yetginlik mərhələsinə doğru gedərək artar.Bu artım,oxuma marağı ilə şərt olaraq davam edir.Oğlan uşaqları macəra,müharibə:qız uşaqları isə rəqs,musiqi və heyvanlarla komediya və filmlərindən xoşlanırlar.Bu filmlərdə,oğlan qəhrəmanların cəsur və hərəkətli,qadın qəhrəmanların isə gözəl lması gözlənilir.Qız uşaqlarının oğlan uşaqlarından daha erkən bir zamanda,sevgi əhvalatlarını mövzu kimi istifadə edən filmlərə maraq göstərdikləri görülür.
Crov`lar kino haqqında bunları demişdir:”Təxmini olaraq filmlər,5 və 8 yaş arasındakı uşaqlar tərəfindən iki həftədə bir baxılır.Bu yaşdakı uşaqların aşağı yuxarı 20%-i kinoya həftədə iki və ya daha çox gedərlər.Komediya formasındakı filmlər,onlar üçün ən qəribə olanıdır.Qəhrəmanları,qızıldərili və ya gangsterlərdən yaranan macəra dolu filmlərə,oğlan uşaqları,qızlardan daha çox maraq göstərirlər.Qızlar isə öyrədici və sevgi əhvalatlarını mövzu kimi istifadə edən filmlərdən daha çox xoşlanırlar.”
Pressey və Robinsona görə,8 ilə 18 yaş arasındakı uşaqlar,təxmini 70% nisbətində,həftədə bir dəfə kinoya gedərlər.Yaşla şərti olaraq ən diqqətə çarpan dəyişiklik,orta məktəbin səviyyəsinə yaxınlaşdıqca,kovboy və qızıldərili filmlərinə qarşı qız və oğlan uşaqlarının maraqlarının gedərək azalması,buna qarşılıq qızların,mövzusu eşq olan filmlərə daha çox maraq göstərməyə başlamalarıdır.
Təcrübələrimizin 6 yaşından etibarən və oğlanların nisbətlə daha çox kinoya getdikləri müəyyən olunmuşdur.
Kinoda baxılan filmlərin uşağın psixi-sosial inkişafındakı rolu böyükdür.Ancaq film qəhrəmanının yaxşı seçilmiş olmağı lazımlıdır.Uşağın mənliyini inkişaf etdirərkən özünü özəlləşdirəcəyi bir model olaraq alacağı bu qəhrəman,doğrunun,yaxşının simvolu olmalıdır.
Uşaq filmlərinə seçiləcək mövzular,cəmiyyətin sosial-mədəni gerçəklərini göstərən,öyrədici və xəbərdar edici xüsusiyyətdə olmalıdır.Bu səbəblə ana və atalar,uşaqlarını kinoya göndərərkən gedəcəkləri filmin uşaqlarına faydası olub olmayacağını,onların səviyyələrinə uyğun olub olmayacağını əvvəlcədən bilməlidirlər.
Psixoloq: Gülarə Mahmudova