TOP NEWS

Thursday, January 3, 2013

Ər-arvad vəfasızlığı


Ər-arvad vəfasızlığı – boşanmaların ən geniş yayılan səbəblərindən biridir. Ər və arvadı xəyanətə nə təhrik edir? Cəmiyyətdə belə bir fikir mövcuddur ki, xəyanəti yeni, hər şeyi unutduran məhəbbətə rast gələndə edirlər. Lakin statistikaya görə xəyanətin səbəbi kimi birinci yerdə sərxoş vəziyyət və müvafiq nəzarətsiz davranış durur. İkinci yerdə hər şeyi bilmək həvəsi, yeni hisslər yaşamaq istəyi durur.
Üçüncü yerdə uzun müddət ayrılığa dözümün olmaması durur. Müasir cəmiyyətdə ər-arvad üçbucağına tez-tez rast gəlinir. Psixoloqlar hesab edirlər ki, belə “üçbucaq” bütün ailə cütlüklərinin yarısına çox və ya az dərəcədə aiddir.
Əvvəllər vəfasızlığa görə kişilər fərqlənirdi. İndi xəyanətin sayı həm bu, həm də digər tərəfdən eyniləşib.
Ər – xəyanətkar yalnız öz tələbatlarının ödənilməsini düşünən eqoist ola bilər, qalanları onun vecinə deyil. Meydan oxuyan birisi ola bilər; israrla arvadını sevdiyini, ondan ayrılmağı düşünmədiyini, “nə edək, belə doğulmuşam, nə etmək olar” söyləyir. Elələri də var ki, evdəki qeyri-səmimi şəraitdən qaçır, rahatlığı kənarda axtarmağa çalışır. Nəhayət, ehtirasla dolu birisi, adətən onları vicdanları incidir. Belə ərlər öz günahlarını yumağa çalışırlar, həddən artıq diqqətli olurlar, arvadının bütün arzularını qabaqlayırlar.
Bir qayda olaraq, evli kişilərin rəfiqələri arvadlarından əhəmiyyətli dərəcədə cavan olur. Lakin kişiləri təkcə yaş maraqlandırmır. Onlar özlərinə sübut etmək istəyirlər ki, hələ diqqət çəkə bilirlər. 75% hallarda kişilər təsadüfi partnyorlarında gözlədiklərini tapa bilmir və öz arvadını daha çox qiymətləndirməyə başlayırlar. Onlar ailədən getmirlər, getdikdə isə çox vaxt qayıdırlar. Buna baxmayaraq, barışıq olsa da, inamsızlıq və incikliyin kölgəsi qalır.
Qadınlar niyə xəyanət edirlər? Burda da bəzi səbəblər var. Ola bilsin ki, ər günahkardır: arvadının sevimlisi ola bilmir, o, özünü xoşbəxt hiss etmir. Elə olur ki, qadın cinsi münasibətlərdən aldığı həzzi aşiqi ilə hiss edir. Ona elə gəlir ki, bu, yaxşı variantdır. Əslində isə belə aşiqlər digər qadınlarla alicənabdırlar, öz arvadlarını isə alçaldırlar. Bundan əlavə bir çox qadınların bədbəxtliyi ondadır ki, onlar ərinin diqqətlərinə fikir vermir, məşuqunun komplimentlərini isə onlar sevginin sübutu kimi görürlər. Həmçinin qadınlarda kənarda görüşmələr 90% hallarda məyusluq və vicdan əzabı verir.
Bir çox hallards insanlar hesab edirlər ki, xəyanət boşanma üçün səbəbdir. Hesab olunur ki, ailə saxlamağın əhəmiyyəti yoxdur. Psixoloqlar belə fikirlə razılaşmırlar. Emosiyalara tabe olmaq, necə gəldi hərəkət etmək olmaz. Əlbəttə, xəyanət çox bəlalar gətirir. Buna baxmayaraq yüngülxasiyyətlilikdən, xarakterin zəifliyindən baş verən xəyanətlər nikahı qorxutmur, lakin həyat yoldaşına olan hörmətsizliyi ifadə edir. Bu, faciə deyil, sadəcə həyəcan siqnalıdır, ər-arvad münasibətlərində nifaqdır. İndi ər və arvaddan bu nifaqın daha da genişlənməsi və ya qaydasına düşməsi asılıdır. Bir çox ər-arvad sağlam məntiqə əsaslanaraq hirsli vaxtda boşanmırlar. Onlar hesab edirlər ki, həyatda xoşagəlməz “epizod” baş verdi və ondan düzgün nəticə çıxartdılar. Möhkəm bünövrəli yaxşı nikaha təsadüfi xəyanət o qədər də təsir göstərmir, o, nikah bağlarını möhkəmlədə bilər, belə ki, ər və arvadın bir-birinə necə lazım olduğunu hiss etməyə yardım edər.
Hər zaman ərə (arvada) xəyanət etdiyini söyləmək məsləhət deyil. Əlbəttə, səmimiyyət nikahla yol yoldaşı olmalıdır. Lakin bu səmimiyyət həyat yoldaşına qarşı nifrətli münasibətdə ifadə olunmamalı, acı verməyə istiqamətlənən quru iddiaya çevrilməməlidir. Nəzakətli olmaq və həyat yoldaşının hisslərinə hörmət etmək vacibdir. Xəyanət etmək istəyinin yaranmaması üçün isə, həyat yoldaşına diqqətlə yanaşmaq, onun həyatı, daxili dünyası ilə maraqlanmaq vacibdir.
//Psixoloq: Aynur Əlibəyova