Ailədə kofiliktlər
Konfliktlə və konflikt edənin şəxsiyyəti arasında asılılıq mövcuddur. Belə ki, konflikt zamanı müsbət emosiyalar keçirən insanlar vardır. Bəziləri onları çox həssaslıqla yaşayırlar, belə ki, hər hansı psixi gərginliyi keçirə bilmirlər. İnsanın müəyyən xarakter xüsusiyyətləri ( qəzəb, əsəbilik, şıltaqlıq, inciklik və s.) yaranmış fikir ayrılığını gərginləşdirə, münasibətlərdə ədavəti şiddətləndirə bilər.
Ona görə erkən yaşlardan insanlarla münasibəti qaydaya salmaq bacarığına imkan yaradan keyfiyyətləri özündə tərbiyə etmək lazımdır.
Konflikt adətən ər-arvad üçün çətin problem kimi görünür. Konfliktli situasiyalar ailənin inkişafının müxtəlif mərhələləri üçün spesifikdir. Ailənin formalaşdığı, ər-arvadın bir-birinə yeni uyğunlaşdığı mərhələdə konfliktin rolu daha əhəmiyyətlidir: məhz bu mərhələdə konfliktli situasiyanın səbəblərini, onların həlli üsullarını və yollarını müəyyənləşdirmək vacibdir.
Ailə konfliktlərinin səbəbləri çoxdur: ailə həyatına müxtəlif baxışlar; ailə həyatı ilə bağlı həyata keçməmiş gözləmələr və təmin olunmamış tələbatlar; ər-arvaddan birinin sərxoşluğu; ər-arvad vəfasızlığı; bir-birinə qarşı kobudluq, neqativ münasibət; ərin ev işlərində arvada kömək etmək istəyinin olmaması; məişət nizamsızlığı; ərin arvadın qohumlarına qarşı neqativ münasibəti və əksinə; mənəvi maraqların və tələbatların müxtəlifliyi.
Ailə konfliktlərinin geniş yayılmış səbəblərindən biri- ər-arvaddan birinin və ya hər ikisinin eqoistliyidir. Eqoist hər şeydən öncə öz tələbatları haqqında düşünür, özünə qayğı göstərir, yaxın insanların tələbatları və maraqları ilə hesablaşmır. Eqoizm ailədə xoşbəxt ər-arvad həyatının elə başlıca düşmənidir. Ümumiyyətlə, eqoizm qədər qorxulu bir nöqsan yoxdur, o, ləyaqəti çatışmazlığa çevirir.
Ər-arvadın hər ikisinin eqoizmi meşşanlığa səbəb olur. Bu halda onlar əvvəlcə mübahisə edir, sonra isə biri-birinə çəkilirlər, nöqsanları və çatışmazlıqları bağışlayırlar və özlərinin sadə istehlakçı tələbatlarını ödəmək adına birləşirlər. Onlar bir sıra ehtiraslara yoluxurlar, o cümlədən: pul toplamaq ehtirası; prestijə cəhd etmək; özünü reklam; təkəbbürlük; prinsip üzrə həyat: mənim evim- mənim qalam.
Ailə bədbəxtliklərinin digər ümumi səbəbi- ər-arvadın güzəştə getməməsidir. O, qarşılıqlı anlamaya, razılığa, ailə harmoniyasına başlıca əngəldir.
Həm ər, həm də arvad güzəştə getməlidir. Lakin ilk əvvəl daha müdrik, güclü olan, güzəştə getmək istəməmək və bacarmamaq - mübahisəyə və çox vaxt boşanmaya gətirib çıxaran yol olduğunu başa düşən güzəştə getməlidir.
Nəzakətli və səbrli olmağı öyrənmək, öz nöqteyi-nəzərini əsaslı və dəlillərlə ifadə etməyi bacarmaq çox vacibdir. Əgər həyat yoldaşını inandırmaq mümkün olmursa, mübahisəni dayandırmaq daha yaxşı olar. Ən başlıcası - ailə mübahisələrini davaya, müzakirələri qalmaqala çevirməməkdir. Ər-arvad valideynlərlə və qohumlarla qarşılıqlı təsir göstərməyi, daha vacibi- biri-birinə hörmət etməyi öyrənməlidir.
Ailə razılığı tədricən qarşılıqlı anlama və şəxsi özünütəkmilləşdirmə əsasında qurulur. Əgər ər-arvaddan birinin vərdişləri, tələbatları və quruluşu digərini qane etmirsə, o zaman digəri də dəyişikliyin lazım olduğunu dərk etməli və anlamalıdır: Vəziyyəti o halda düzəltmək olar ki, bunu həm ər, həm də arvad istəsin. Qalmaqallar, ultimatumlar, söyüş, hətta fiziki zorakılıq yaxşı davranışa təhrik etmir, yardım etmir, yalnız günahkara öz səhvlərini düzəltməyə və çatışmazlıqlardan qurtulmağa mane olur. Məişət mədəniyyətini, münasibətlərin mədəniyyətini artırmaq- bu, ər-arvadın özünə olan məsuliyyətini artırmaq deməkdir.
Ailədə çəkişmələrin səbəbi maddi təminata qibtə ola bilər. Çox vaxt eqoistik istiqamətli insanlarda maddi tələbatlar həddən artıq inkişaf etmiş olur. Əlbəttə, insan maddi cəhətdən təmin olunmalıdır. Lakin maddi tələbatlar o qədər əhəmiyyətli ola bilər ki, onların ödənilməsinə xərclər yetməyə bilər. Bəziləri çox pul qazanmağa çalışaraq əlavə iş axtarırlar. Digərləri pulu cinayətkar yolla “əldə edirlər”- borc götürürlər, şantajla məşğul olurlar, alverlə məşğul olur, oğurluq edirlər, qaçaqçılıqda iştirak edirlər. Üçüncülər pul “əldə etmək” üsulunu tapmayaraq əzab çəkirlər, özlərini bədbəxt hesab edir və “yaşamağı bacaranlara” paxıllıq edirlər. Belə insanlarda çox vaxt güclü, mənfi narahatlığın səbəb olduğu pis əhval-ruhiyyə olur. Nəticə isə ailə davalarının qaçınılmazlığıdır.
Davanış adətən kəskin sözlərlə, axmaq danlaqlarla, haqsız ittihamlarla şişirdirlər. Çox vaxt onun dərk olunmayan səbəbi mənfi psixoloji şərait olur. Emosional yorğunluq zamanı insan çox vaxt müxtəlif bəhanələr gətirir və səbrsiz olur. Yaxşı olardı ki, qırılmanın səbəbi dərhal anlaşılsın və bu anlaşılma nümayiş etdirilsin.
Ailə həyatında səbr etməsəm də olar: nə istəyirəm, onu da deyirəm, necə xoşuma gəlir, elə də edirəm fikrinə əsaslanan zaman konfliktlər çox vaxt möhkəm xarakter daşıyır. Mübahisə zamanı qarşılıqlı hörməti itirmək olmaz. Bütün mübahisələri diqqətlə təhlil edərək, gənc insanlar asanlıqla aşkar edirlər ki, onların çoxundan qaçmaq və ya toqquşmaya gətirib çıxarmadan məntiqlə həll etmək olardı. Ona görə mütəxəssislər tərəfindən işlənilmiş ailə mübahisələrinin aparılma strategiyalarını diqqətə almaq lazımdır.
Bir-birini sevən ər-arvadın mədəni mübahisə aparmalarının birinci şərti - qalibiyyət əldə etməməkdir. Yadda saxlamaq lazımdır: sizin qələbəniz- bu, yoldaşınızın, sizin sevdiyiniz insanın məğlubiyyətidir. Bundan başqa, qalib gələn- həmin ailənin üzvüdür, nəticə etibarilə onlardan birinin qalibiyyəti, bütünlükdə ailənin məğlubiyyətidir.
İkinci şərt kimi həyat yoldaşına hörmət etməyi qoymaq olar, onun nə günahı olsa da. Hətta ər-arvaddan birini hirs, qısqanclıq, qəzəb boğduğu an yadda saxlamaq lazımdır: axı o, bu anadək sənə ən əziz insan idi.
Nəhayət, ailə mübahisələrinin sülhlə bitməsinin üçüncü vacib şərti- onu xatırlamamaqdır. Ailə münasibətlərinin psixologiyasını öyrənən mütəxəssislər iddia edirlər: pis şey nə qədər tez unudulursa, ailə bir o qədər xoşbəxt və firavan olar. Onların fikrincə, mübahisəyə təhrik edən səbəblərin yada salınması qadağandır, hansı ki, artıq ayırd edilmişdir. Bir qaydanı bilmək lazımdır: həyat yoldaşı tərəfindən edilən küskünlük nə tərz olsa da, əgər konflikt baş veribsə, münasibətlər aydınlaşıbsa və barışıq zamanı çatıbsa, o mübahisəni həmişəlik unutmaq lazımdır.
Keçirilmiş sosioloji sorğulardan birinə əsasən, ər-arvad həyatının ilk illərinin böhranlı anları bir çox gənc cütlüklərdə olduqca oxşar görünürdü, baxmayaraq ki, kişi və qadınlar üçün əhəmiyyətli dərəcədə fərqlənir. Aşkar olunmuşdur ki, kişilər ümumilikdə, onların güclü cinsə ənənəvi münasibətinə baxmayaraq, maddi-məişət narahatlığı və fiziki adaptasiya çətinliklərinə daha həssasdırlar. Qadınlar isə həyat yoldaşları tərəfindən sevgi və hörmət hissinin tam ifadə edilməməsindən ( onların nöqteyi-nəzərincə) böyük narahatlıq keçirdiklərini ifadə edirlər. Yeni, olduqca çətin həyat tərzi, ailə məsuliyyətinin yükü, məişət nizamsızlığı və birgə həyatın başlanğıcı ilə bağlı bir sıra şeylər bir çox ər-arvad cütlükləri üçün gözlənilməz, bəzən də qaldırılmayan yük kimi görünür.
//Psixoloq: Aynur Əlibəyova