TOP NEWS

Thursday, January 3, 2013

Temperament və ailə


Hər bir temperament tipi müəyyən insan davranışı ilə əlaqəlidir, onun hərəkətlərində və fəaliyyətində əks olunur. Müxtəlif temperament tiplərinin əlaqələndirilməsi ailədə daimi konfliktlərə səbəb ola bilər. Hər tipə ayrılıqda nəzər salaq.
Xolerik - O, bir şeylə həddən artıq maraqlanan, şiddətli emosional təzahürlərə malik insandır. Həvəslə istənilən bir işdən yapışır, lakin tezliklə o işdən soyuyur.
Tez hərəkət edir, tez fəaliyyət göstərir. Uzun müddət bir obrazlı işlə məşğul ola bilmir. Çox vaxt yayına bilir, bir işdən digər işə keçə bilir. Xolerik öz həmsöhbətini sakit və diqqətlə dinləyə bilmir. Söhbəti poza bilər, başqalarının söhbətinə qarışa bilər. Möh¬¬kəm və tez-tez danışır. Belə insan hirslənərkən həmsöhbətinin üstünə qışqıra, onu təh¬qir edə bilər, lakin tez sakitləşir və sanki heç nə olmamış kimi onunla yenidən söh¬bət edə bilir. Xolerik istənilən işdə tez nəticə əldə etmək istəyir. Həmçinin ona uğur lazım¬dır. Əgər bu baş vermirsə xolerik işdən soyuyur və onu başdan sovdu edir. Belə in¬san yeni işi tez öyrənir. O, enerjilidir, məqsədinə çatmaq üçün inadla çalışır, ona an¬laşıqlı olan və son nəticəsi maraqlı görünən tapşırığı asan və tez yerinə yetirə bilər. Xo¬lerikin əhvalı çox vaxt dəyişir, o, səbrsiz ola və heç bir səbəb olmadan özündən çıxa bilər. Əgər kimsə sərt şəkildə onun səhvlərini göstərirsə, o, əsəbiləşir, qalmaqal çıxarır. Əgər belə insan hiss edirsə ki, qalmaqalla öz tələbatlarını yerinə yetirə bilər, o zaman o, buna can atacaq və qəsdən mübahisələr yaradacaqdır.
Fleqmatik - Xaraktercə sakit və müvazinətlidir. Konfliktli situasiyalarda sakit və dinməzdir. Onun ruhi vəziyyətini anlamaq asan deyil və onu hiss etmək qeyri-mümkündür. O, çox nadir hallarda konfliktin təşəbbüsçüsüdür. “Gönüqalın” təsiri bağışlayır. Çox vaxt ünsiyyət qura bilmir, cəmiyyətdə və evdə ləngdir. İş üçün zaman məhdudiyyəti qoyulduqda uğur əldə edə bilmir.Belə insanı ləng davranışına görə danlamaq və cəzalandırmaq tamamilə təbiidir, o, özünü kiçilən kimi hiss etməyə və fəaliyyət bacarığı olmadığına inanmağa başlayacaq. Beləcə öz gücünə inamsızlıq artır və uğursuzluğa köklənmə şiddətlənir. Məcburiyyət nəticəsində insanlar inanmağa başlayırlar ki, onlar tapşırığı hamıdan pis yerinə yetiriblər. Bütün fəaliyyət daimi əziyyət verən fərəhsiz vəzifəyə çevrilir. Fleqmatiklər çalışqan, vicdanlıdırlar. Onları işə daxil etmək çətindir: belə insan istənilən bir işi uzun müddət götür-qoy edir, hesablayır, işə ləng başlayır. Əgər işə başlayırlarsa, o zaman mütləq işi sona çatdırırlar, həvəslə və səylə çalışırlar. Lakin onu ləng olmasında günahlandırmaq, işdə onu tələsdirmək olmaz. Belə insanı işdə aparılacaq dəyişikliklərə inandırmaq çətindir, həmçinin o, işində olan yenilikləri daha çətin anlayır. Ona görə onunla qarşılıqlı təsir dözüm və səbr tələb edir. Fleqmatik istənilən işdə etibarlıdır. Ona tapşırılan işə görə narahat olmağa dəyməz. Lakin o, özünə olan inamı tez itirir, ona görə çox vaxt yaradıcı fəaliyyətə hazır olmayan uğursuz adama çevrilir. Fleqmatiklər hər zaman mühafizəkardırlar. Onlar qoyulmuş həyat tərzi və şərtini qorumağa çalışırlar. Çox vaxt dəyişikliklərdən qorxurlar. Fleqmatik hisslərin coşqun təzahürünə qadir deyil. Onu əhvalın kəskin dəyişməsi qorxudur, baxmayaraq ki, o, sadiq və güclü sevgiyə qabildir. Fleqmatik təklikdə qalmağı sevir: heç kəs ona düşünməyə mane olmur, heç kəs onu tələsdirmir, fikrini yayındırmır. O, onun temperament xüsusiyyətləri ilə hesablaşmayan insanların yaratdığı mənfi emosiyalardan azad olur. Fleqmatiklərin malik olduğu müsbət keyfiyyətlər: əməksevərlik, səliqəlilik, vicdan, səbr, iradə, dözüm, hövsələ.
Melanxolik.
Həssas, tez təsirlənən, insanın küskünlüyünü dərin yaşayan. O, çox vaxt qapalı, utancaq, sıxıntılı, ünsiyyətsizdir. Melanxolik kefi pozulanda gözlənilməz hərəkətlər edə bilər. Stressli situasiyalarda belə insanda iradə zəifləyir, o, əl-ayağı bağlanmış, bəzən də özünə hakim ola bilməyən birisinə çevrilir. Çox vaxt belə insanlarda şübhəlilik, ünsiyyət çəkingənliyi, təkliyə meyl inkişaf edir. Küskünlük zamanı güclü narahatlıq baş verir. Çox vaxt melanxolikdə özünüqiymətləndirmə aşağıdır. Həyatında dəyişiklikləri sevmir, qorxur ki, insanlar onunla ədəbsizcəsinə davranar, onu incidə bilərlər. Belə temperamentli insanlar özlərini o zaman komfortlu, inamlı hiss edirlər ki, ətrafdakılar onu lağa qoymasınlar, qeyri-səmimi münasibət bildirməsinlər. Belə vəziyyətdə onlar aktiv, enerjili olurlar. Fəaliyyətdə əhəmiyyətli nəticələr əldə edirlər. Onları psixi travmalardan qorumaq lazımdır. İnciklik və danlaqlardan qorxmaq melanxolikdə vicdanla və effektiv işləmək tələbatını yaradır. Özü heç vaxt mübahisə etmək üçün səbəb axtarmır, konflikt törətmir, belə ki, psixotravmatik faktorlardan məhrum edilmiş şəraitə ehtiyacı var.
Sanqvinik.
Enerjili insandır. Hərəkətli və eyni zamanda müvazinətli, sakit, çox vaxt gülümsəyir, səmimiyyətlə və xeyirxahlıqla fəaliyyət göstərir. Sanqvinik – optimist, o, həyatı bütün təzahürlərində coşqunluqla sevir. Həmişə nəyləsə məşğuldur, daha doğrusu bütün boş zamanını ayırdığı hobbisi var. Belə insan çox vaxt şirkətin ürəyi hesab olunur, o, ünsiyyətcildir, insanlara asan uyğunlaşır. Həmişə böyük ruh yüksəkliyi ilə öz maraqları haqqında danışa bilər. Uğursuzluqlara normal yanaşır, çox vaxt konflikt törətmir. Əgər hiss edirsə ki, ona maraqlı olan işdə onu sıxışdırırlar, o, tələblər irəli sürə bilmir. Bəzən yalnız özünü dinləyir, arvadının (ərinin) danlaqlarına əhəmiyyət vermir. Düşünür ki, bunlar boş şeylərdir.
Temperament tiplərini müsbət və mənfiyə ayırmaq olmaz. Halbuki təmiz temperamentə malik insan olmur və insanların inkişafı prosesində onların temperamentləri dəyişikliklərə məruz qalır. Lakin temperamenti bilmək ailədə sizin partnyorunuzun davranışını anlamağa imkan verir, düzgün ünsiyyət vasitəsini seçməyə kömək edir. Temperament tipini müəyyən edərək, həmçinin qarşılıqlı münasibətlərin xüsusiyyətləri haqqında proqnoz etmək, ər-arvadın davranışına düzəliş etmək olar. Məsələn, əgər hər ikisi fleqmatikdirsə, həyat mütləq stabil keçəcək. Belə cütlüklər nadir hallarda ayrılırlar, boşanırlar. Belə ailələrdə nadir hallarda konfliktlər baş verir. Lakin onlar çox vaxt soyuq müharibə vəziyyətində olurlar, ona görə uzun sürən söylənməmiş fikirlərdən mütləq qaçmaq lazımdır.
Əgər ər-arvaddan biri fleqmatik, digəri xolerik və ya sanqvinikdirsə, o zaman konflikt o səbəbdən baş verə bilər ki, fleqmatik hisslərini coşğuyla bildirə bilmir və ər-arvadın digər temperament tipi ilə coşğulu nəvazişi onu qorxuda bilər. Bu zaman ər (arvad) laqeydlik və yarımçıq sevgiyə görə məzəmmət olunur. Mütləq dərk etmək lazımdır ki, belə məzəmmətlər haqsızdır və yalnız konfliktin dərinləşməsinə gətirib çıxarır. Həm ərin, həm də arvadın davranışına düzəliş etmək, qarşılıqlı güzəşt əsasında razılaşmaya gəlmək lazımdır.
Əgər həm ər, həm də arvad xolerikdirsə, o zaman ailədə yüksək konfliktlik gözləmək olar. Əgər onlardan biri xolerik, digəri fleqmatikdirsə, o zaman birinin səbirsizliyi və qəzəbi, digərinin səbri və sakit əhvalına rast gələ bilər. Xolerik sakitləşir və mübahisə baş vermir. Lakin şəraitdən asılı olaraq özünü saxlamayıb qışqıra bilər. Ər-arvadın qarşılıqlı anlaşması zamanı bu baş vermir. Hər iki cütlük melanxolikdirsə, o zaman situasiya onunla dərinləşə bilər ki, hər ikisi ətrafda baş verən hadisələrə görə dərindən narahatlıq hissi keçirəcəklər. Əgər melanxolik ailə sahəsində xolerik və ya sanqviniklə qarşılaşırsa, o zaman sərt və ya diqqətsiz söz ər-arvad arasında münasibətləri soyuda bilər. Mülahizələrdə, söylənilən rəylərdə diqqətli olmaq lazımdır.
Sanqviniklər həyata kifayət qədər yaxşı yanaşırlar. Bu, qısqanclıq zəminində konfliktlərə gətirib çıxara bilər, həmçinin yad problemlərə zahirən yad münasibət inciklik yarada bilər.
//Psixoloq: Aynur Əlibəyova