Ailə funksiyası
1. Tərbiyəvi funksiya atalıq, analıq vəzifəsində, uşaqların tərbiyəsində və uşaqlarda özünüaktuallaşdırmanın fərdi tələbatlarının ödənilməsindən ibarətdir;
2. Təsərrüfat funksiyası ailənin maddi tələbatlarının ödənilməsindən ibarətdir. Bu mənada ailə fiziki işdə sərf olunan gücün yenidən bərpasını təmin edir;
3. Emosional funksiya ailənin tələbatlarının simpatiyada, hörmətdə, etirafda, emosional dəstəkdə, psixoloji müdafiədə ödənilməsində həyata keçirilir. Bu funksiya cəmiyyət üzvlərinin emosional stabilliyini təmin edir, onların psixi sağlamlığının qorunmasına yardım edir;
4. Mənəvi ünsiyyət funksiyası – bu funksiya boş vaxtın birgə keçirilməsi, qarşılıqlı mənəvi zənginləşdirmə zamanı tələbatların ödənilməsində aşkarlanır və cəmiyyət üzvünün mənəvi inkişafında vacib rol oynayır;
5. Ilkin sosial nəzarət funksiyası ailə üzvlərinin sosial normaları yerinə yetirməsini təmin edir, xüsusən də lazımi dərəcədə öz davranışını sosial normalarla tam uyğunlaşdırma qabiliyyəti olmayanların. Bu, yaşlı insanlara, uşaqlara və hansısa fiziki xəstəlikdən əziyyət çəkən ailə üzvlərinə aiddir;
6. Seksual-erotik funksiya ailə üzvlərinin seksual-erotik tələbatlarında həyata keçirilir, ailə bu mənada ailə üzvlərinin davranışının seksual-erotik istiqamətlənməsini qaydaya salır, həmçinin cəmiyyətin bioloji təzələnməsini təmin edir.
Müasir ailədə emosional, mənəvi ünsiyyət funksiyası, seksual-erotik və tərbiyəvi funksiyaların əhəmiyyəti əhəmiyyətli dərəcədə artmışdır. Nikaha səmərəli maddi əlaqələrdən daha çox emosional əlaqələrə əsaslanan birlik kimi baxılır.
Ailə funksiyalarının yerinə yetirilməsini çətinləşdirən və ya ona mane olan, onun həyat fəaliyyətinin bir xüsusiyyətini təşkil edən ailə funksiyalarının pozulmasına diqqət yetirmək lazımdır. Ailə funksiyalarının həyata keçirilməsinə mane olan əsas faktorları sadalayaq:
• Ailə üzvlərinin şəxsiyyət xüsusiyyətləri (xarakter, temperament, dəyər orientasiyaları və s.);
• Ailə üzvləri arasında qarşılıqlı münasibət, həmçinin ailədə həmrəylik və qarşılıqlı anlamanın səviyyəsi;
• Ailənin müəyyən həyat şərtləri.
Məsələn, ailənin tərbiyəvi funksiyasının həyata keçirilməsinə mane olan faktorlara baxaq. Belə faktorlara aid ola bilər:
• Ailənin natamam tərkibi;
• Valideynlərin övladın tərbiyəsində kifayət qədər bilik və bacarıqlarının olmaması;
• Valideynlər arasında münasibətlərin neqativliyi;
• Ailənin konfliktliyi (təkcə tərbiyə məsələləri üzrə deyil, həm də ailənin tərbiyəsinə aid olan başqa məsələlər üzrə);
• Uşaqların tərbiyəsində qohumlar tərəfdən müdaxilə. Ailə strukturu. Vəzifələrin və haqqların ailə üzvləri arasında necə bölünməsini, kimin rəhbər, kimin icraçı vəzifəsini yerinə yetirdiyini müəyyən etməyə imkan verir. Struktur nöqteyi-nəzərindən elə ailələri göstərmək olar ki, orada ailənin bütün funksiyalarının rəhbərliyi və təşkili ailənin bir üzvünün əlində cəmləşmişdir (mərkəzləşdirilmiş, avtoritar üslub), elə ailə də göstərmək olar ki, bu və ya digər problemin həllində bütün ailə üzvləri iştirak edir (münasibətlərin demokratik sistemi).
Bizim cəmiyyətdə daha geniş yayılan ailələrin yaş strukturu – bu, ər, arvad, uşaqlar və yaşlı nəsildən kiminsə (nənə, baba) daxil olduğu ailədir.
Ailə çox vaxt hüquq və vəzifələrin bərabər hüquqlu bölüşdürülməsinə, həmçinin bütün ailə problemlərinin həllində bərabər iştiraka istiqamətlənmişdir.
Ailə strukturunun pozulması – bu, onun funksiyalarının yerinə yetirilməsinə əngəl olan strukturunun xüsusiyyətləridir. Buraya ailə-məişət vəzifələrinin ər-arvad arasında qeyri-bərabər bölüşdürülməsi aid ola bilər, belə ki, ər və ya arvadın fiziki gücünün təşəkkül etməsi tələbatlarının, mənəvi tələbatlarının ödənilməsinə mane olur. Səbəblərdən biri də ailə konfliktləridir.
Ailənin dinamikası. Ailənin strukturu və funksiyaları ailənin həyat fəaliyyətinin müxtəlif mərhələlərində dəyişir. Ailənin həyat silsiləsinin bir neçə dövrləşdirilməsi mövcuddur ki, bunun əsasında ailədə uşaqların olub-olmaması, həmçinin onların yaşları durur.
Ailənin yaranması (nikah bağlanan andan ilk uşağın dünyaya gəlməsinə qədər). Bu mərhələdə həll olunan əsas tapşırıqlar:
• ər-arvadın ailə həyatının şərtlərinə və bir-birilərinin psixoloji xüsusiyyətlərinə psixoloji adaptasiyası;
• yaşayış yeri və birgə əmlakın əldə edilməsi;
• qohumlarla münasibətlərin formalaşdırılması;
Ailədaxili və ailədən kənar münasibətlərin formalaşmasının mürəkkəb prosesi, vərdişlərin, fikirlərin, dəyərlərin bu mərhələdə yaxınlaşdırılması olduqca intensiv və gərgin keçir. Bütün bu çətinliklərin ikinci dərəcəli əksi – boşanmaların sayı və səbəbləridir.
Uşaqların dünyaya gəlməsi və tərbiyəsi həyat silsiləsinin ikinci dərəcəli mərhələsidir – öz tərkibinə yetkinlik yaşına çatmayan uşaqları daxil edən ölçüb-biçilmiş ailə. Ailənin həyatında bu dövr daha çox ailə-məişət aktivliyi və mənəvi ünsiyyət funksiyası və emosional funksiyanın aktiv dəyişdirilməsi ilə bağlıdır. Ər-arvad qarşısında yeni şərtlərdə emosional-mənəvi ümumiliyi qorumaq tapşırığı yaranır ki, bu da ailədə yaradılandan fərqlənir. Qarşılıqlı münasibətlərin formalaşması istirahət, əyləncə sahəsində baş verir. Ər-arvadın hər ikisinin məişət və professional vəzifələrlə yükləndiyi şərtlərdə mənəvi-emosional ümumilik bir-birilərinə kömək cəhdində, bir-birinin dərdinə şərik olma və emosional dəstəkdə aşkarlanır. Bu mərhələdə tərbiyəvi funksiya xüsusən əhəmiyyətlidir. Uşaqların fiziki və mənəvi inkişafının təmin olunması bu mərhələdə ailə üzvləri tərəfindən olduqca vacib tapşırıq kimi qəbul olunur.
Bu mərhələdə müxtəlif problemlər və pozulmalar baş verir. Ailənin həyat fəaliyyətinin başlıca mənbəyi bunlardır:
• ər-arvaddan birinin və ya hər ikisinin həddən artıq yüklənməsi, onların fiziki və mənəvi-əxlaqi gücünün həddən artıq gərginlikdə olması;
• emosional mənəvi münasibətlərin yenidən təşkilinin zəruriliyi. Məhz bu mərhələdə çox vaxt müxtəlif emosional soyuqluq, ər-arvad xəyanəti, “xarakterdə məyusluq” səbəbindən seksual disharmoniya və boşanma və başqa insana sevginin yaranması müşahidə edilir.
Ailənin həyat fəaliyyətinin tamamlanması. Bu dövr özünə növbəti anları daxil edir:
• ailəylə tərbiyəvi funksiyanın həyata keçirilməsinin sona çatması;
• uşaqların əmək fəaliyyətinin başlaması;
• uşaqların müstəqil ailə həyatının başlaması;
• yaşlı nəslin yetişməkdə olan nəslin qayğısına qalması.
//Psixoloq: Aynur Əlibəyova