TOP NEWS

Thursday, January 3, 2013

Qısqanclıq


Sevginin yol yoldaşını qısqanclıq adlandırmaq olar. O, özü ilə birlikdə narahatlıq və çətinlik, hirs və qəzəb, şübhəlilik və ürək ağrısı gətirir. Öz əsasında qısqanclıq təbiidir. Lakin bəzən o, hipertrofiya olunmuş (həddən artıq böyüdülmüş) formalarını alır, hətta xəstəliyə çevrilir. Qısqanclığın sevgidən yarandığını demək olmaz. Çox vaxt qısqanclığın arxasında xüsusiyyətçilik hissləri gizlənir, xüsusən o, cəza və məhrumluq tələb etdikdə. Məhəbbət axı tamamilə başqa hisslərlə bəzədilmişdir – inam, sevdiyin insana xoşbəxtlik arzusu və s. Əgər sevgidə qısqanclıq meydana gəlirsə, o zaman o, səssiz ümidsizlik, qəmlə, əzabla bəzədilir, hörmət və inamla söndürülür.
Psixoloqlar qeyd edirlər ki, qısqanclıqdan arvadını izləyən ərlər çox vaxt özləri onlara xəyanət ediblər. Lakin şəxsi xəyanətlərinə onlar əhəmiyyət vermirlər, məşuqələr isə arvadın mümkün paraleli kimi dərk olunur. Əgər belə ər son dərəcə qısqanclıq qabiliyyətinə malikdirsə, çox güman ki, nə məşuqəsini, nə də arvadını sevir və hər ikisini vəfasız hesab edir.
Qısqanclıq çox vaxt şübhəli, etibarsız insanlara xasdır, hər yerdə hiylə və yalan görürlər. Onlar hesab edirlər ki, uğursuzluqlar kimsə tərəfindən qəsdən törədilir.
Qısqanan ər (arvad) çox vaxt ərinin (arvadının) başqa insanlarla bütün mümkün əlaqələrini kəsməyə çalışaraq qalmaqal yaradır. Belə şəraitdən ailədə ər və arvad əziyyət çəkir, ona görə hər ikisinin maraqlarında – ailədə səmimi atmosfer yaratmaq, qısqanclığı qovmaq üçün bir-birinə kömək etmək. Çox vaxt qısqanclıq söhbətlərdə və işlərdə tam səmimiyyət olmadıqda meydana çıxır. Uşağa ailədə (çox vaxt ilk uşağa) hər şeyə icazə verilməsi şəraitində ana və atanın uşağın istəklərindən tam asılı olması belə nəticəyə gətirib çıxarır. Onlar uşağın tam mülkiyyətinə çevrilir. Bu, hətta özünəməxsus xəstəliyə gətirib çıxara bilər: patoloji qısqanclıq.
Təbii sərhədlərdən kənara çıxan qısqanclıq patoloji hesab olunur. Belə xəstəlikli insana çox vaxt istənilən şübhəli baxış kifayətdir ki, həyat yoldaşını vəfasızlıqda günahlandırsın. O, hər yerdə xəyanət axtaracaq: yaxınlıq etməkdən uzaqlaşmaqda, yad kişiyə (qadına) diqqətli baxışda, yaxınlıq etməyə israr edir (deməli xəyanət edir). Belə qısqanclıq real səbəbin ümumiyyətlə olmadığı sayıqlamaya çevrilə bilər.
Qısqanan, situasiyalar düşünür, onları inkişaf etdirir, onlarla yaşayır. Təbii dildə o, “üçüncünün sindromu” adlanır. Belə insana idrak dəlilləri ilə təsir etmək faydasızdır. Yardım üçün mütləq həkimə müraciət etmək lazımdır. Əgər bunu etməsən, o zaman qısqanclıq zəminində baş verən cinayət faciəvi finala çevrilə bilər. Çox vaxt belə cinayətlərin yol yoldaşı alkoqol olur.
Kişilər və qadınlar qısqanarkən öz aqressiyalarını müxtəlif cür istiqamətləndirirlər. Kişilər aqressiyalarını “dəyişən arvadına” istiqamətləndirirlər.
Belə situasiyalarda nəyi etmək olmaz?
1. Patoloji təsir altında qısqanan ərə (arvada) öz günahını etiraf etdirmək olmaz. Hətta ər (arvad) israr etsə də ki, daha sonra hər şey yaxşı və sakit olacaq. Bu, baş verməyəcək, hər şey böyük qüvvə ilə yenilənəcək.
2. Qısqanc həyat yoldaşı rolunu oynaya biləcəyiniz səhnə təsəvvür etmək və bunu ürəkdən istəmək, həmçinin bu mövzunu ciddi və uzun müddət müzakirə etmək olmaz. Özünüzü “yormayın”.
3. Ağlı köməyə çağıraraq özünə nəzarət etmək lazımdır. Özünüzü anlamağa məcbur etmək lazımdır ki, qısqanclıq səhnələri sevdiyiniz insanı yanınızda saxlamayacaq, əksinə sizdən uzaqlaşdıracaq.
4. Özünüzdə soyuqqanlılığı tərbiyə edin. Fikrinizi başqa şeyə verməyə çalışın. Əgər mütləqdirsə, yardım üçün həkimə müraciət etmək lazımdır.
5. Həyat yoldaşınıza etibar etmək lazımdır, ailədə səmimi şərait yaratmağa çalışın.
//Psixoloq:Əlibəyova Aynur