Sunday, January 6, 2013

Dəcəl uşaqlar


Biz anaların ən böyük çətinliyi yaramaz uşaqla baş etməkdir. Təcavüzkar, əsəbi, incidici davranışları olan uşaqlarımızı anlamaq və bu davranışları çox gec olmadan dəyişdirmək üçün onlara köməkçi olmaq çox əhəmiyyətlidir.

Uşaqlar niyə dəcəllik edir? Bunu nə vaxta qədər normal qəbul etmək, nə vaxt psixoloq dəstəyi almaq lazımdır, uşağı cəzalandırmaq doğrumu? Uşaqlarda dəcəlliyin səbəbləri?

Uşaqlarda dəcəllik etmə səbəblərinin başında ailənin davranışlarının əsassız olmasıdır. Uşağa istənilməyən bir davranış etdiyində aciqlanır, lakin bunun uşağın xarakterindən asılı olduğu düşünülür. Əslində uşağın xarakterinin meydana gəlməsində ailənin çox böyük əhəmiyyəti vardır. Ailənin mövqeyi səhv olduğu üçün, uşaqda istənməyən davranışlar görülür.

Dəcəllik dediyimiz bəzi davranışlar, uşağın təcavüzkar olduğu davranışlardır. Qırıb tökmə, vurma, itələmə kimi davranışlar, uşağın çölə yönəltdiyi təcavüzkarlıqdır. Bir də ana ata və uşaq arasında etibarsızlıq problemi, uşağın təcavüzkar davranmasına yol aça bilər. Uşaq kiçikkən, ana və atayla etibarlı bir bağlantı yaşaya bilməmişdir, bu problem inkişaf dövrlərində də irəliləyərək görülür.

İşləyən ana atalar, ümumiyyətlə uşaqlarını körpələr evinə göndərirlər. Uşaqlar ‘məktəbə getmək istəmirəm, yemək yemək istəmirəm' kimi davranışlar sərgiləyirlər. Bundan ötəri xüsusilə analar, uşağa mənfi maraq göstərməyə başlayır. ‘Sən niyə belə edirsən, məni üzürsən' şəklində göstərilən mənfi maraq, uşaq müsbət marağı görə bilmədiyi üçün almaq istədiyi bir maraq halına gəlir. Mənfi də olsa maraq görmək üçün davranışını davam etdirər.

Hansı vəziyyətlərdə uşaq daha yaramaz ola bilər?

Ana və atadan biri yanında deyilsə, uzaq bir iş yerində çalışırsa, xaricdədirsə və ya valideynlərdən biri evə davamlı gec gəldiyi üçün uşaq onu çox çox görmürsə dəcəllik edə bilər.

Ayrı olan ailələrdə ana tərəfdən nənə, ata tərəfdən nənə kimi bəzi yetkinlərin olmamasının da uşaqlara pis təsir edə bilər. Uşaq özünü tək hiss edər və bunu da çölə qarşı bir hücum olaraq ortaya çıxara bilər. Ya da tam tərsi içəriyə qarşı hücum olaraq dırnaq yemə, barmaq əmmə kimi davranışlarla nümayiş etdirə bilər.

Xüsusilə boşanmış cütlüklərdə, uşaq valideynlərindən birini daha az gördüyü üçün diqqəti cəlb etməyə çalışaraq dəcəllik edər. Evdə təzyiqçi mövqe sərgiləyən ailələrdə də uşaqlar dəcəllik etməyə daha meylli olur.

Dəcəllik edən uşaqla necə danışmaq lazımdır?

6 yaş üzəri uşaqlarla böyük bir yetkinmiş kimi danışma, şərh etmə şansınız var. Amma daha kiçikkən nə qədər açıq izah etsəniz izah edin, uşaqlar üçün bəzi şeylər çox mücərrəd qalır.

Bu vəziyyətdə uşaqlara hekayələr izah etmək ünsiyyəti asanlaşdırar və daha tez anlamalarını təmin edər. Məsələn, dəcəllik edən uşaq haqqında bir hekayə uydura bilərsiniz. Bu hekayənin nəticələrini də uşağa izah edib ona dəcəllik olaraq qəbul edilən davranışları etməməsi lazım olduğunu hekayə üzərindən çatdıra bilərsiniz. Heç bir zaman onun etdiyi davranışı birbaşa olaraq "Sənin etdiyin bu davranış çox səhvdir" şəklində izah etməməlisiniz. Hekayədəki uşağın etdiklərinin nəticəsində xoşbəxt olmadığını göstərərək uşağınıza bilvasitə yoldan izah etmək daha yaxşıdır.

Uşaqlar hər şeyi anlayır

Uşaqların heç bir şeyi anlamadığını düşünmək səhv olar. Uşaqlar hər şeyi duyar və unutmazlar. Onlara hər şeyi dəqiq və sadə bir dillə izah etmək, başlarında sual işarəsi buraxmamaq lazımdır.

Uşaqlarda dəcəllik nə zamana qədər normal qəbul edilir?

Bizim dəcəllik hesab etdiyimiz davranışlar əslində uşaqların yaşlarının gərəyi kimi davranmalarından qaynaqlanır. Onlar davamlı olaraq bir şeyləri kəşf etməyə çalışırlar. Biz yetkinlərin dəcəllik deyə xarakterizə etdiyi davranışlar, uşaqların müəyyən yaş dövrləri üçün çox normaldır, qəbul etmək lazımdır.

4-6 yaş arası uşaqlar ictimai qaydaları öyrənməyə, 6 yaşından sonra məktəbə başlayırlar. Bu dövrdə dəcəllik dediyimiz davranışların azalmış olması lazımdır. Əgər bu dövrdə azalmazsa, köməyə müraciət edilə bilər. Uşaq dəcəlliyə davam edirsə, əslində ailənin problemi vardır uşaqla və çox güman ki, onun davranışlarıyla baş edə bilmir. Böyük ehtimalla əsassız davranış sərgiləyir ailə.

Dəcəllik edən uşağı cəzalandırmaq doğrumu?

Uşağa heç bir zaman cəza tətbiq etmək olmaz. Cəza təhsildə mənfi faktor olduğu üçün, cəzanın nəticələri də mənfi olar.

Valideynlərin ‘Bunu etdiyin üçün bunu edə bilməyəcəksən' kimi uşağa etdiyi davranışın sonrasında bir cəza tətbiq olunacağı mesajı verməsi, müsbət bir nəticə yaratmaz. Əvvəlində uşağa etdiyinin istənməyən və pis davranışlar olduğu izah edilməlidir. Məsələn, uşaq bir şeyi qırdığında bunu etdiyi üçün çox sevdiyi proqramı izləyə bilməyəcəyini əvvəldən bilsə, seçimii özü edəcək və proqramı izləmək istəyirsə bir şeyi qırmayacaq. Davranışı etdikdən sonra cəza vermək, heç bir şey əldə etmənizi təmin etməz.

Dəcəlliyin gətirib çıxardığı nə kimi davranış pozuntuları vardır?

Uşağın dəcəllik etməsinin arxasından psixoloji problemlər gələ bilər. Uşaq mənfi maraqdan sonra bir həzz axtarışına girər, əslində dəcəllik ilə diqqəti cəlb etsə də həzz duyğusdan əskik qala bilər. Bu da bağlandığı valideynlərdən birinin əskik olması ya da ev içində bir şəkildə özünü yaxşı hiss etməməsindən qaynaqlana bilər.

Barmaq əmmə, dırnaq yemə, masturbasiya

Məhz bu nöqtədə uşaqların ən əhəmiyyətli həzz nöqtəsi, 1 yaşına qədər normal sayılan, bəzən 3 yaşına qədər davam edən, ancaq daha irəlidəki yaşlarda davam etməsinin düzgün olmadığı (sağlam olmayan) barmaq əmmə davranışıdır.

Uşaq dırnaq yeməyə hətta masturbasiya etməyə də başlaya bilər. Uşağın, cinsi orqanını kəşf etdikdən və həzz aldığını fərq etməsindən sonra bunu davam etdirməsi, uşaqda bir şeylərin əskik olduğunun, uşağın bu əskikliyi aradan qaldırmağa çalışdığının bir göstəricisidir. Buna xüsusilə ana atadan birinin olmaması və həsrət duyğusu səbəb ola bilər.

Dəcəl uşağı psixoloqa aparmaq lazımdırmı?

4-6 yaşdan sonra uşağınızda dəcəllik əlamətləri davam edirsə qətiliklə mütəxəssisə müraciət etməlisiniz. Mütəxəssis, əvvəl uşağınızla birlikdə sizi ailə olaraq dinləyəcək, sonra sizinlə valideynləri olaraq ayrıca işləyəcək, ən son yenə uşağınızla birlikdə sizi dinləyəcək və həll çıxarmağa çalışacaq.

Əgər ailə çox əsassızsa, uşağı istədiyi kimi davranması mövzusunda sərbəst buraxırsa, ailənin mövqeyini dəyişdirməsi istənir.

Bu vəziyyətdə ailənin etməsi lazım olan, gün içində uşağa nələr edəcəyini açıq və dəqiq şəkildə izah etməkdir. Hansı davranışı etdiyində nəticəsində nə olacağını uşağa əvvəldən söyləyərək, ona seçim haqqı buraxmaq lazımdır. Beləcə uşaq həm qərarını verəcək həm də məsuliyyət götürərək özünü yetkin kimi hiss edəcək. Dəcəl davranışlarından bu sayədə sıyrılması, təqdir edildikcə yetkin kimi davranması müşahidə ediləcək.
//Psixoloq Aynur Əlibəyova