Sunday, January 6, 2013

Diqqət əskikliyi - Hiperaktivlik pozuntusu


Diqqət əskikliyi Hiperaktivlik pozuntusu məktəbəqədər və məktəb çağında olan uşaqlarda yaranan pozuntudur.Uşağın davranışlarını idarə etməsində və nəyəsə diqqət etməsində problem yaranır.Heç cür yerində dayanmayan,xəyallar quran,unutqan və sairə kimi xüsusiyyətlərlə xarakterizə edilən uşaqlardır.Bu davranışlar uşaqların çoxunda tez-tez rast gəlinir və bunun üçün də təcrübəli mütəxəssisə müraciət olunmalıdır. Diqqət əskikliyi Hiperaktivlik pozuntusu 4-8 % nisbətdə görülməkdədir.Bir sinifdə 25-30 uşaqdan ən az 1-2sində bu pozuntu var.Müalicə edilmədiyində ciddi tibbi,sosial problemlərə yol aça bilər. Diqqət əskikliyi Hiperaktivlik pozuntusu içində bir-birindən fərqlənən 2 pozuntunu saxlayır.1.Diqqət əskikliyi
2.Hiperaktivlik
Diqqət əskikliyi-İnsanın yaşına,sosial və mədəni durumuna adaptasiya olmaqda çətinlik çəkməsi,unutqan olması,dağınıq olması,bir işə konsentrə olduqdan sonra diqqətinin tez yayınması,səbr tələb edən işlərdən qaçması.Burada çox önəmli məsələ bu əlamətlərin sadəcə məsuliyyətlər,vəzifələr sahəsində olmasıdır.Kompyuter,televizor və ya uşağın sevdiyi bir şeyə diqqət əskikliyi olmaz.Bunu bilmək son dərəcə önəmlidir.
Hiperaktivlik-İnsanın yaşına görə daha çox hərəkətli,tələskən,çox danışan olmasıdır.Uşaqların yetişkinlərə nisbətən daha çox hərəkətli olması təbiidir.Lakin uşağın və ailəsinin yaşam tərzinə təsir edəcək qədər hərəkətli olma Hiperaktivlik pozuntusunun göstəricisidir.
Hiperaktivlik göstəriciləri
1 Gördükləri işləri axıra qədər çatdırmırlar.
2 Sinifdə və ya oturması tələb olunan digər vəziyyətlərdə oturduğu yerdən qalxar.
3 Ani vəziyyətlərdə qaçır və ya harasa dırmaşmağa can atır.
4 Daima hərəkətdədir
5 Çox danışır
6 Hər zaman başqalarının sözünü kəsər.
7 Sakit oynamaqda çətinlik çəkərlər
Diqqətsizlik göstəriciləri
1 Diqqətlərini gördükləri işdən və ya oyundan yayındırarlar
2 Danışarkən sizi dinləməz kimi görünürlər
3 Hər zaman nəsə itirərlər
4 Unutqandırlar
5 Zehin gücü tələb edən işlərdən qaçırlar.
Müasir Psixologiya Mərkəzində diqqət əksikliyi hiperaktivlik pozuntusunun korreksiyası ilə peşəkar mütəxəssislər məşğul olur.Bu məqaləni yazmaqda əsas məqsəd uşaqlarda bu pozuntuların erkən yaşda aşkar olunmasıdır.
//Psixoloq : Nigar Əliyeva