Sunday, January 6, 2013

Uşağınızla daha müsbət əlaqələr qura bilməyin dörd yolu


1-Qarşiliqli hörmət

Hansı yaşda olursa olsun insanlar arasındakı problemlərin çoxu qarşılıqlı hörmət əskikliyindən qaynaqlanmaqdadır. İnsanlar bu hörmətlinin başqalarına hörmət göstərərək qazanılacağından xəbərsiz görünür. Danlamaq, qışqırmaq, vurmaq, susdurmaq, əsassız davranmaq, hamı/həmişə hörmət əskikliyinin əlamətləridir. Bunun ən sadə nümunəs(n)i; uşağınız otağınıza girərkən qapını vurmasını istəyərsiniz. Yaxşı siz onun otağına necə girərsiniz?

Qarşılıqlı hörmət istəyirsinizsə əvvəl uşaqlarınıza hörmət göstərməyi qəbul etməlisiniz. Mənfi danışmalarınızı mümkün olduğu qədər azaltmalısınız, bir dostluq havası içində yaxınlaşmalısınız.

2- Əyləncəyə zaman ayırmaq

Bu, müasir həyatın hərəkətli mühitində, müsbət ailə əlaqələri qurmaqda təsirli bir yoldur. Birlikdə keçiriləcək zaman hal olaraq deyil xüsusiyyət olaraq əhəmiyyətlidir. Bir saatlıq müsbət əlaqə, bir neçə saatlıq itələşmədən daha qiymətlidir. Günün müəyyən saatlarını birlikdə ediləcək fəaliyyətlərə ayırmalıyıq. Əgər tərəflərdən biri sevmədiyi bir şeyi etməkdə çətinlik çəkirsə, buna əyləncə deyilə bilməz.

Ümumiyyətlə valideynlər uşaqlarıyla keçirəcəkləri zamanları bölərlər. Bir gün biriylə, digər gün o biriylə maraqlanarlar. Əhəmiyyətli olan siz və uşaqlarınızın zamanı necə keçirəcəyinizi birlikdə planlamanızdır. Övladlar arasında qarşıdurmaya səbəb olmaması üçün, hər uşağın özü üçün ayrılan zamanı bilməsi yerində olar. Bu xüsusi zamanların xaricində ailə, həftədə ən az bir gün mütləq birlikdə olmalıdır.

3- Cəsarətləndirmək

Əgər uşağınızın özünə güvənməsini istəyirsinizsə əvvəl siz ona güvənin. Özündən əmin olan uşağın cəsarətləndirilməyə daha az ehtiyacı vardır. Münasibətlərdə əhəmiyyətli olan, uşaqların özü və valideynlər haqqındakı düşüncələridir.Cəsarətləndirmənin başlıca yolu uşaqların qüsurlarına əhəmiyyət verməməyə cəhd göstərib güclü və faydalı davranışlarını fərq etmək, dəstəkləməkdir.


4- İzzah etmək

Sözləriniz ya da davranışlarınızla uşaqlarınıza olan sevginizi nə qədər sıx müəyyən edirsiniz?

Bir uşağın özünü etibarlı hiss edə bilməsi, heç olmasa onun üçün əhəmiyyətli olan birini sevməsi və onun tərəfindən sevilməsini tələb edir. Uşağın gözləmədiyi anda onu nə qədər sevdiyinizi söyləməyiniz ya da daha əhəmiyyətlisi əzizləyərək, öpərək, saçlarına toxunaraq bunu bildirməyiniz çox əhəmiyyətlidir. Uşaqlarınızla əlaqələriniz, tutumunuz sevginin göstəricisidir.
//Psixoloq: Ramilov Zamin