TOP NEWS

Sunday, January 6, 2013

Barmaq emme


Barmaq əmmə normal uşaqlarda hər hansı bir psixo-patoloji faktor olmadan 3-4 yaşlarına qədər görülən bir faktdır. Körpələrin çoxu baş barmaqlarını ya da digər barmaqlarını əmərlər. Zərərsiz bir davranış olan barmaq əmməyə demək olar ki, körpələrin hamısında rast gəlmək mümkündür .
Doğumdan sonra ilk 3-4 ayda normal olaraq bir uşağın yemə və içməsi üçün tək yol əmmə refleksidir. Birinci ilin sonuna qədər əmmə əsas olaraq qalır. Uşaqların bu fəaliyyətdən müəyyən bir şəkildə və dərəcədə zövq aldıqları görülməkdədir. Əmmə refleksinin sıxlığı dəyişir. Bir çox uşağın qidalanma sonrasındakı əmmədən kifayət qədər doyğunluq əldə etdikləri görülür.
Ağız istənilən yaş dövründə həzz mənbəyi olaraq qalır. Bu fəaliyyət erkən uşaqlıqda əmmə, uşaqlıqda dırnaq yemək, gənclikdə siqaret çəkmə, öpmə şəklini alır. Baş barmağın, əmmə obyekti olaraq seçilməsi təsadüfdür.Uşaq barmaqlarıyla oynayarkən təsadüfən barmağını ağzına salır və bu fəaliyyətdən zövq alır. Bundan sonra barmaq zövq mənbəyi olur və barmaq əmməyə davam edir.

Səbəbləri :

Yeni doğulan körpələr, barmaq əmməyi ana rəhmində öyrənir. Əmmə anadangəlmə ən güclü reflekslərdən biridir. Bəzi körpələr yeni dişlərin çıxması, bəziləri də çətinliklə qarşılaşdıqlarında utanma və sıxılma əlaməti olaraq barmaqlarını əmərlər.

İlk bir yaş içində körpəlik dövründə uşaq təbii olaraq barmaq əmə bilər. Daha çox baş barmağını hətta bəzən ayaq barmağını belə əmə bilər. Bu davranışın, ətrafı tanıma və kəşf etmə ehtiyacından doğulduğu qəbul edilə bilər. Barmaq əmmənin təməlində ana-uşaq əlaqəsindəki çatışmazlıq və uşaqda güvən duyğusunun kifayət qədər inkişaf etməmiş olduğuna bağlı görüşlər vardır .
Ayrıca barmaq əmmənin yuxuyla möhkəm bir əlaqəsi vardır. Bir çox uşaq barmaqlarını yuxulu olduqları və yuxuya getdikləri zaman əmərlər. 2 yaşındakı uşaqların bir qisimi yuxuya gedərkən barmaqlarını ağızlarına aparmaq üçün müqavimət göstərərlər. 3 yaşında bu vərdiş yuxu əsnasında özbaşına itə bilər .

Barmaq əmmənin qida qəbul etmək qədər duyğuların da doymasına xidmət edən bir keyfiyyət olduğu haqqında dəlil olaraq göstərilməkdədir. Bilindiyi kimi hər körpə bir dövrə qədər barmaq əmər və bu çox təbii görülməlidir. Ancaq 1 yaşını keçdiyi halda, böyük miqdarda barmaq əmməyə davam edən uşaqları nəzarətə götürmək lazımdır.
Müalicəsi :
Ana-ataya barmaq əmmənin zərərsiz bir fəaliyyət olduğu açıqca izah edilməlidir. Kiçik yaşlarda uşaqlar uyğun qidalanmalıdır. Uşağın qidalanma şəkli də əhəmiyyətlidir. Bu vərdişindən imtina etdirmək üçün şiddətden istifadə etmək, heç bir fayda vermez.
Davamlı barmaq əmmə, vərdişində psixoloji problem və gərginliklərin bir nəticəsi olaraq inkişaf edə bilər. Barmaq əmmə vərdişi qarşısında ana-atanın edəcəyi ən sağlam yanaşma, hadisəni təlaşa qapılmadan səbirlə qarşılamaq və maraqlanmaqdan qaçınaraq uşağa bu vərdişin, körpə tərəfindən bir davranış olduğunu, başqalarının buna reaksiyasının böyük olmayacağını, sadə bir dillə izah etməkdir .
Uşağa alışdığı barmaq əmmədən aldığı həzzdən daha qüvvətli və əyləndirici, xüsusilə əllərini istifadə edəcəyi bəzi məşğələlər vermək olar.
//Psixoloq: Ramilov Zamin