TOP NEWS

Thursday, January 3, 2013

Xoşbəxt evliliyin sirrləri


Evliliyi uzunmüddətli etməyin ən əhəmiyyətli qaydası qarşındakı insanı anlamaq, onu qəbul etməkdir... Qarşınızdakı insanı olduğu kimi qəbul edin və dəyişdirməyə çalışmayın... Mübahisələrinizdə keçmişdə edilən səhvləri gündəmə gətirməyin...
Təbii ki heç bir evlilik boşanma niyyətiylə edilmir... Hər evlilikdə kiçik problemlər yaşana bilər... Ediləcək şey; xoşagəlməyən bir hadisə yaşadıqdan sonra qarşılıqlı anlama çərçivəsində problemləri həll etmək...
Evlilik, fərqli mədəniyyətlərdən və fərqli şəxsiyyətlərdən gələn iki insanın eyni dam altında ortaq bir həyatı yaşamasıdır. Evlilikdən nə gözlədiyini bilmək əhəmiyyətlidir. Əgər gözləmələrinizi tam mənası ilə ifadə edə bilir və partnyorunuzdan tələblərinizə cavab tapa bilirsinizsə uyğun bir evlilik davam etdirməməniz üçün bir səbəb yoxdur.
Ər-arvadın tanışlıq və nişanlılıq dövrlərində bir-birlərini tanımaqsı üçün lazımlı müddətləri vardr. Bu müddətdə özünüzü olduğu kimi ifadə etməyə diqqət göstərin. Müsbətlərinizlə və mənfilərinizlə əks etdirin şəxsiyyətinizi. Əks halda mənfi kimi xüsusiyyətləriniz evləndikdən sonra ortaya çıxa bilər və bu qarşı tərəfdən qəbul olunmaya bilər...
Həyat yoldaşınızı olduğu kimi qəbul edin
Hər kəsin özünə xas bir xarakteri vardır. Sizinlə eyni zövqü paylaşmadığı üçün həya yoldaşınıza əsəbləşməyin və onu dəyişdirmək üçün səy göstərməyin. Bu cütüklərin etdiyi ən böyük səhvdir. Qarşınızdakını olduğu kimi qəbul etməyi öyrənməlisiniz. Onun zövqünə, onun düşüncələrinə hörmət nümayiş etdirin. Tənqid edərkən də ola bildiyikcə quruluşçu olmaq lazımdır.
Mərhəmətsizcə tənqid etməyin nə sizə nə də partnyorunuza bir faydası olmayacaqdır. Bu səbəblə tənqid edərkən səs tonunuzun yumşaq olmasına diqqət göstərməli, sözlərinizi diqqətli seçməlisiniz. Araya sevgi sözləri də sıxışdırmağı da unutmayın. Görəcəksiniz bu rəftarınız çox müsbət qarşılanacaq.
Eyni anda hirslənməyin
Cütlükdən birinin hirsli olduğu vəziyyətdə qarşı tərəfin sakit olması lazımdır. Eyni anda sərt çıxışlar etmək yanğını daha da qızışdırmaqdan başqa bir şey deyil. Bu rəftar, vəziyyəti daha çıxılmaz bir hala gətirə bilər. Əgər bir problem üzərində mübahisə edirsinizsə, həll tapmadan mövzunu bağlamayın. Çünki kiçik olaraq qiymətləndirdiyiniz və üzərində dayanmadığınız bir problem irəlidə aşılmaz bir problem olaraq qarşınıza çıxa bilər.
Günün stressini evə əks etdirməyin. İş yerindəki gərginliyi orada buraxın. Çünki gün boyu yaşadığınız problemlər və çətinlikdən həyat yoldaşınız məsul deyil. Yaşadıqlarınızın ağrısını ondan çıxarmağa qalxmayın.
Keçmişi unudun
Hər kəs bir səhv edə bilər. Mübahisə əsnasında həyat yoldaşınızın keçmişdə etdiyi səhvləri gündəmə gətirməyin. Bu evliliyi sarsıdan ən fundamental nöqtələrdən biridir. Səhvli olduğunuz vəziyyətlərdə səhvinizi qəbul edin və üzr istəməyi bilin. Bu sizə müsbət bir bal qazandıracaq. Həmçinin ayda bir dəfə də olsa birlikdə olduğunuz adama kiçik bir hədiyyə almanız əlaqənizi gücləndirəcək.
//Psixoloq: Əlibəyova Aynur