Boşanmanın ailədəkilərə psixoloji təsiri
Boşanma ərlə arvadın razılığı və istəyi ilə nigahın hüquqi cəhətdən pozulmasıdır.Bəli ərlə arvadın istəyi və razılığı ilə. Boşanma ərlə arvadın hüquqi yolla ayrıldıqlarını göstərən sadəcə bir proses deyil,boşanan qadın və kişinin,o cümlədən ailədə uşaq varsa uşaqların psixologiyasında "dərin" iz qoyan çətin və mürəkkəb psixoloji dövrdür.Boşanmanın ailə üzvlərinin psixologiyasına tesirini iki dövre ayırmaq daha düzgün olar:
-boşanmadan əvvəlki dövr
-boşanmadan sonraki dövrBoşanma istəyi normal adlandırdığımız bütün ailələrdə müəyyən dövrdələrdə tez-tez olmasa belə səslənir.Erle arvad arasında bir çox səbəbdən yaranan mübahise və konfiliktlərin neticesində onlar "həqiqətdə" ayrılmaq istəməsələrdə bu ifadəni dilə gətirə bilirlər.Ancaq artiq "dəqiqleşdirilmiş" boşanma qərarı sadəce fikir olaraq qalmır,bu həmdə öz tesdiqini məhkəməye müraciətdə tapır.Müasir dövrdə nece ki ailə qurmaq asanlıqla istənilmir,elece də boşanmaq qərari da ailə üzvləri terefindən asan qebul edilmir. Bütün çətinliklərin "helli yolunu" boşanmada görən cütlük ,əvvəlki həyatı düsünmedən arxada qoymaqda , gelecek həyata qorxmadan "atılmaqda",uşaqlarla bağlı və diger çətinlikləri aradan qaldirmağa uyğunlaşmaqda müəyyən dövr çətinlik çekirlər.Bu dövr er və arvad üçün müxtelif aspektlərdə çətinliklərin yaşandiği dövrdür.Bele çətinliklərin olması cütlüyün vərdikləri qərarda "tereddüd" etmesi ile tezahür edir.Boşanmadan əvvəlki dövre "düşünmə dövrü " də dəyilir.Bu dövr kişi və qadında əvvəllər daha qərarlı,tereddudsuz hesab edilirdise,məhkəməye müraciətdən sonra "qorxu","təlaş" ,"narahatlıq" musahidə edilir.Yasanan çətinliklər,xos olmayan hallar boşanma fikrinin yaranmasina getirdikdə erle arvadin soyuq münasibəti,ailəye "yadlasma",ailədən uzaqlasma hallarina səbəb oldugu halda,artiq dəqiqlesmis qərar özune inamin azalmasina,heddən artiq narahatliga ,özünü bosluqda hiss etmeye,kedəre səbəb olur. Bunlardaki elbette ailə uzvlərinin psixologiyasina gorunduyu kimi "musbet" tesir gostermir...
Boşanma vaxti dəqiqlesdiqdə cütlüklər arasinda naraziliq,esebilik,öz vəziyyetini guclu emosional dəyerləndirme,özünü tənha hiss etme,dəpressiya hallari ola bilər.Hətta agir hallarda intihara da səbəb ola bilər.Həmcinin cütlük arasinda keskin mubahiselər,tehqir etme,qarsi terefi gunahlandirma hallari da musahidə edile bilər.
Boşanma qərarını yaxinlara,qohumlara və dost-tanislara bildirilməsi cütlük üçün ən gərgin psixoloji dövrlərdəndir.Etraflarindaki yaxin insanlarin onlarin qərarina münasibəti,onlara tesirini nezere alsaq bu dövrun cütlük üçün ne qedər "hessas" dövr oldugunu gore bilərik.
Boşanma baş tutduqdan sonra cütlük həm fiziki ,həm qanuni ,həm psixoloji şəkildə artıq ayrılılırlar.Çox məhsuliyyətli və ciddi qərardan sonra artıq ailə qanuni şəkildə pözulmuş hesab edilir. Bu dövr keçmiş ər və arvadın həyatını " yenidən " qurmaq, tək və ya uşaqlarla birgə yeni həyata başlamaq kimi dəyərləndirilir.Bu dövrdə qadın və kişi ayrı-ayrılıqda daha məhsuliyyətli ,daha istəkli,həvəslə nələrsə etməyə hazır vəziyyətdə olurlar.Boşanmadan sonrakı dövrdə kişi və qadının özünü "azad",asılı olmayan hiss etməsi,yeni dostluqlar,tanısılıqlar qurmağa meyilli olmaqları,iş və ailə münasibətlərində dəyişikləri ilə əvvəlki dövrlərdən seçilirlər və s..
Boşanmaq istəyən ailələrə məsləhət görə bilərik ki,bu qərarı dəqiqləşdirməzdən əvvəl "yaxşica" düsünüb,verdikləri qərarların həm özlərinə,həmdə uşaqların həyatina nece təsir edəcəyini,bu qərarin doğurdandamı tək həll yolu olduğunu düşünsünlər.
Əgər boşanma qərari dəqiqləşibsə bu dövrlərdə ailənin psixoloqa müraciət etmələri,onlara münasibətləri aydinlaşdırmaqda professional yardımın göstərilməsi vacibdir.Cütlüyün isə əgər ailədə uşaq və ya uşaqlar varsa onlara bu qərari doğru şəkildə izah edilməsi,onların mübahisə və konfilktlərdən kənarda tutmaları əsasdır.
Ümumiyyətlə isə sonda onu deyə bilərəmki,düsünmürəmki,nigahı hansısa yüngül səbəbə görə pozmaq yaxşi haldır,əgər əsaslı səbəbiniz yoxdursa ,boşanmaq qərarini dəqiqləşdirmədən əvvəl münasibətinizə daha ciddi nəzərlə baxın.
//Psixoloq: Aysel Mahmudlu