TOP NEWS

Sunday, January 6, 2013

HİV virusu ilə yaşayan şəxsin psixologiyası


HİV virusu ilə yaşayan şəxsin psixoloji portireti
HİV - lə yaşayan insanların heç də hamısı böhran yaşamır, ancaq onların bəziləri bunu yaşamalı olurlar. “HİV-ə yoluxma” diaqnozu ilk gündən kəskin həyəcanla müşayət olunur. Bu zaman reaksiyalar fərdi xarakter daşıyır və konkret insan həyatının xüsusiyyətləri ilə əlaqədardır.
Diaqnozu alanda insanların əksəriyyəti şok keçirirlər. Daha sonra onların qarşısında sual yaranır: gələcək həyatları necə olacaq, nə qədər yaşayacaqlar və bütün bunlar onların yaxınlarına necə təsir edəcək. yoluxmuş insanların əksəriyyətini qəzəb, məyusluq, sarsıntı, özünə və yaxınlarına görə qorxu bürüyür. Bəziləri ilk anda intihar haqqında düşünür. Bəziləri isə, əksinə, tam sakit olurlar. Bu insanlar şəxsi həyatları barədə təsəvvürlərini dəyişməli olurlar. Çox hallarda onlar diaqnoza inanmırlar və bunun bir yanlışlıq olduğunu düşünürlər. Daha sonra yoluxmuş insanlar onları başa düşə biləcək bir insana ehtiyyac hiss edirlər ki, öz düşdüyü vəziyyətini onunla bölüşsünlər.

Psixoemosional vəziyyət

Diaqnozun alınması xeyli dərəcədə psixoemosional problemlər yaradır. Bu müxtəlif vəziyyətlərlə - fiziki həyatın pisləşməsi, ailədə problemlər, sevdiyi insanla münasibətlərin kəsilməsi, iş yerinin itirilməsi və s. ilə əlaqədardır. Hətta özünün virusa yoluxduğunu gizlətmək və hər an ətrafdakıların mənfi münasibət göstərəcəyini hiss etmək insanın emosional durumunu gərginləşdirir.

-Depressiya - HİV - lə yaşayan insanda daha çox rast gəlinən problem depressiyadır. Onun əlamətləri ən azı hər on HİV –lə yaşayan insandan birində müşahidə edilir. Depressiya vəziyyətində olan insan çox vaxt iş qabiliyyətini itirir, ağlına ümidsizlik və həyatında dəyşiklik etməkdə acizliyi barədə fikirlər gəlir və özünüqiymətləndirmə aşağı düşür. Depressiya keçirən HİV-ə yoluxmuşlar çox zaman özlərinə qapılır, adət etdikləri işlərinə marağı itirirlər, nəticədə onların əhatəsində olan insanlar azalır.

-Stress - HİV - lə yaşayan insanda daimi psixoloji gərginlik vəziyyəti münasibətlərdəki problemlər, səhətlərinə görə narahatçılıq və həyatlarını yenidən planlaşdırmaq zəruriyyəti səbəbindən olur. Insan stress vəziyyətində vacib qərar qəbul etmək qabiliyyətini itirir, onun iş qabiliyyəti aşağı düşür, ünsiyyət əhatəsi daralır.

-Qəzəb - HİV - lə yaşayan insanda qəzəb çox vaxt hüquqlarının pozulması ilə bağlı hallarda baş verir. Çünki bu zaman onlar həyat dəyərlərindən məhrum olurlar. Məsələn: qəzəb virusa təsir edə bilməmək, ayrıseçkilik və müxtəlif stress vəziyyətlərilə bağlı ola bilər. Qəzəbli olan şəxs başqalarını yoluxdura bilər(az da olsa belə faktlar qaçılmazdır).

-Təşviş və qorxu – Çox vaxt HİV - lə yaşayan insanları təşvişlə bağlı problemlər narahat edir: işini və ya seimli insanı itirmək qorxu, HİV virusunun aşkarlanması və tibbi yardım göstərilməkdən imtina qorxusu. Məsələn, insan mənfi münasibətdən qorxaraq dəstək xidmətindən imtina edə bilər. ən çox qorxu xəstəlik və ölüm qarşısında olan qorxudur. Belə vəziyyət ipoxondiriyaya gətirib çıxarır. Bu isə o deməkdir ki, daim səhətinin pisləşməsini gözləyən insan istənilən aidiyyatı olmayan əlamətləri HİV infeksiyasının inkişafının ağırlaşmalarına yozur. Buna tənhalıq qorxusunu da əlavə edə bilərik. Tənhalıq qorxusu ona gətirir ki, insan özünün HİV virusuna yoluxmasını yaxınlarından gizlədir, bu isə onun problemlərilə təkbaşına qalmasına gətirir.


Aparılan müşahidələr və keçirilən psixoloji sorğular göstərir ki, HİV -ə yoluxmuş insanlar aşağıdakı mərhələləri keçməli olurlar.

-Qurban mərhələsi – bu halda insan özünü başqalarından fərqli hiss etməyə başlayır. Günah hissi, ətrafdakılar üçün “təhlükəli” olmaq hissi, sosial əlaqələrin pozulması, özünüdestruktiv davranış və s. bu mərhələ üçün uyğundur. Bu zaman insan kömək üçün mütəxəssislərə müraciət etməyə hazır olmur, digər HİV daşıyıcısı olan insanlarla ünsiyyət qurmaq istəmir. O, dərin böhran keçirir və özünü qurban sayır.

-İlk addımlar mərhələsi – bu mərhələdə insan tədricən vəziyyəti dərk edir. O, problemlərin həlli üzrə ilk addımlar atır – “özü kimilərini” tapmağa, hər hansı məlumat almağa çalışır. Qarşılıqlı yardım qruplarına gəlir, etimad telefonlarına zəng edir.

-İnkar mərhələsi - bəzi insanlar bu mərhələdə heç vaxt olmur, bəzilərində isə o, bir neçə il davam edir. Bu mərhələdə onlar öz HİV virusları haqqında fikirə alışırlar. Bu mərhələdə insan HİV-lə bağlı hər hansı problemin olması fikrini inkar edə bilər. O, HİV infeksiyasını “yaddan çıxartmaq” istəyir, əvvəlki həyatı öz axarına qayıdır, ancaq bu zaman real problemlər ola bilər.

-Qəbul mərhələsi – bu mərhələdə insan problemlərlə rastlaşarkən onları dərk və qəbul edir, onların həlli yollarını axtarır. O, ətrafdakılarla HİV virusu haqqında danışmağa başlayır və problemlər yarandıqda onların həlli üçün fərdi axtarışı davam etdirir.

-İmkanlar əldə etmə mərhələsi – indi o, müstəqil olaraq informasiya axtarır, alternativləri nəzərdən keçirir və qərar qəbul edir.

-İlkin fəallıq mərhələsi – bu mərhələdə şəxsi problemlərin effektiv həlli üçün insan kifayyət qədər təcrübə və vərdişə, həmçinin başqaları ilə təcrübə mübadiləsi imkanlarına malik olur. Çox vaxt bu insanlarda başqa HİV virusu ilə yaşayan insanlara informasiya və dəstək vermək tələbatı olur.
Psixoloq: Ramil Mirzəyev