Antisosial şəxsiyyət
Əgər antisosial şəxsiyyət problemləriniz varsa başqaları sizi soyuq və laqeyd olaraq görür. Bəlkə cazibəli görünə bilərsiniz amma insanlar sizin eqoist və hesabçı olduğunuzu, içdən olmadığınızı düşünürlər. Əlavə olaraq siz başqa insanlara yalnız sizə verdikləri ya da qazandırdıqları üçün dəyər verirsiniz. Yaşamaq üçün başqalarını manipüle etmək, aldatmaq və lazım olan hər şeyi etmək sizin üçün çox normaldır. Nəticə olaraq antisosyal kəslər şübhəli və hətta qanunlara zidd davranışlarda sərgiliyirlər, çünki qaydaların özləri üçün etibarlı olmadığına inanırlar.
Antisosial şəxslər ümumiyyətlə digər insanları təhdidlərlə ya da təcavüzkar yanaşmalarla qorxudurlar. Müstəqil olmaları özlərinə həddindən artıq güvən duymalarından çox başqalarına etibarsızlıqdan qaynaqlanar. Hər hansı bir təzyiq, nüfuz qarşısında (müdir, polis ya da bənzəri kəslər) ya da mali problemlər (vergi ya da borclar) qarşısında hirslənərlər. Ümumiyyətlə başqalarına verdikləri zərər qarşısında duyğusuz və əhəmiyyətli hesab etməyəndirlər. Bu mərhəmətsizlik insanlarla və hətta sevdiklərini söylədikləri kəslərlə olan əlaqələrində belə əsası meydana çıxır.
Əgər antisosyal şəxsiyyətiniz varsa zəif olmaqdan ya da qurban olmaqdan qorxur ola bilərsiniz. Bu səbəbdən ətrafınızdakı kəslərə üstünlüyünüzü sübutlama ehtiyacı duyursuz. Sizi istifadə etdiyini düşündüyünüz və hətta istismar etdiyinə inandığınız bir insana qarşı özünüzü qorumaq üçün zalım və insafsız olarsınız. Əlaqələrinizdə sadiq qalmaq, həssas olmaq və dürüst olmaq mövzusunda çətinlik yaşayarsınız. Bu kəslər ümumiyyətlə diqqətsiz və atılqandır, məsələn təhlükəli avtomobil istifadə etmək kimi riskli işlərə girişərlər. Əhəmiyyətli hesab etməzliyin bir səbəbi içindəki boşluq hissini yox edə bilmək üçün həyəcan və adrenalin artırıcı fəaliyyətlərə ehtiyac duyur olmasıdır.
Antisosial şəxsiyyət pozuntusunun əlamətləri:
* Düşünmədən ani hərəkətlər etmək.
* Fərdi çıxar ya da zövq üçün yalan danışma, aldatma və qanunsuz işlər etmək
* Başqalarının duyğularını əhəmiyyətsiz hesab etmək, empati etməmək
* Əsəbilik, təcavüzkarlıq və şiddət tətbiq etmək
* Təhlükəsizlik ya da məsuliyyəti boynuna götürmək kimi mövzulara tamamıyla qeydsiz qalmaq
* Ağrıma duyğusunun olmaması
Antisosial şəxsiyyət pozuntusunun müalicəsi:
Antisosial şəxsiyyət pozuntusu olan şəxslər ümumiyyətlə ətraflarındakı şəxslərin təkidi ilə psixoloqa ya da psixiatra müraciət edirlər. Əgər şəxs problemlərinin səbəbini başqalarında görməyə davam etsə və məsuliyyət almağı rədd etsə müalicənin müddəti uzana bilər. Şəxsiyyət xəstəliklərinin erkən yaşlarda inkişaf etmiş olması və insanların özlərini bu xəstəliyi qəbul etməməsi müalicənin həllini çətinləşdirməkdədir. Müalicənin müvəffəqiyyətli ola bilməsi üçün kökləşmiş davranış şəkillərinə, yanaşmalara, dünyagörüşlərinə, əlaqə strukturlarına və şəxsin tutumuna baxılması lazımdır.
Bu xəstələrdə diqqət yetirilməsi lazım olan ən əhəmiyyətli faktor narkotik və spirt istifadəsidir. Bəzi vəziyyətlərdə maddə asılılığı və istifadəsi şəxslərin antisosyal davranışları inkişaf etdirmələrində təməl faktor ola bilər. Bu vəziyyətdə şəxsin maddə asılılığını buraxması onun yaxşılaşmasında əhəmiyyətli bir addım ola bilər
Antisosyal davranış pozuntusunda istifadə edilə biləcək hər hansı bir dərman yoxdur. Lakin bəzi simptomlar və davranışlar üçün həkim nəzarətində dərman istifadəsi bilər. Məsələn təcavüzkar davranışlar üçün antidepresan istifadəsi kimi. Lakin xatırlatmaq lazımdır ki, antisosyal kəslər dərman istifadəsinə razı olmuya bilərlər və dərman qəbul etməyi rədd edə bilərlər.
Psixoloq : Ramilov Zamin