TOP NEWS

Wednesday, June 19, 2013

Qadının həyatında yeni mərhələ


Hamiləlik – qadın həyatında ən heyrətamiz və sirlərlə dolu bir dövrdür. Hamiləlik keçirən qadının daxili aləmində qadınlıq borcunu yerinə yeturməkdən irəli gələn sevinc və heyranlıq hissi, həyəcan, qorxu və yorğunluq hissi ilə qarışır. Təbiətin möhtəşəm sirlərindən biri – yeni insanın yaranması, haqlı olaraq, ən qüdrətli yaradıcılıq heab edilir. Bu təbiət hadisəsi bütün zamanlarda alımləri maraqlandırıb, şairlərin ilham mənbəyi olub, elmdən və incəsənətdən uzaq olanları isə sadəcə heyran edib.
Sonrakı 9 ay müddətində ana öz orqanizminə ziyan vurmadan uşağın inkişafı üçün optimalı şərait yartmalıdır.
Qidalanma məhsulları elə seçilməlidir ki, bunlar gün ərzində ananın və uşağın qidalı maddələrə olan təlabatını tam olaraq ödəsin.
QİDALANMANIN ƏSAS PRİNSİPLƏRİ:
iki nəfərin yediyi miqdarda deyil, iki nəfərin ehtiyacını ödəyə biləcək keyfiyyətdə yemək qəbul etmək lazımdır.
kifayətqədər heyvani zülal (mal əti, quş əti, balıq əti, süd məhsulları və s.) gəbul etməlisiniz;
infeksiyanın qarşısını almaq üçün ət, balıq, dəniz məhsulları, quş əti, yumurta, süd kifayətqədər termiki işlənməlidir;
Həm körpəyə həm də Sizə vacib lazın olan kalsiuma olan ehtiyacınızı ödəməyə çalışın. Bu məqsədlə çoxlu süd, pendir, yoqurt, kəsmik qəbul edə bilərsiniz;