TOP NEWS

Thursday, January 3, 2013

Uşaqlara qoyulan qadağalar


Qadağalar çox vaxt erkən yaşlarda kapriz və itaətsizliyə səbəb olur. Hər dəfə uşağa nədənsə imtina etməyi məcbur etdikdə, valideynlər istər-istəməz onda mənfi emosiyalar yaradir ki, bu da özünü kapriz və isterika kimi göstərir. Uşağı qadağalarsız tərbiyə etmək mümkün deyil, amma onun sayını minimuma endirmək lazımdı. Hərdən qadağalar o qədər çox olur ki, uşaq onları başa düşüb yadında saxlaya bilmir. Sayı az olduqda isə qadağalar daha tez mənimsənilər.

1. Nəyin hər bir hallarda qadağan olunduğunu müəyyən edin: qaz sobalarına əl vurmaq, pəncərəyə çıxmaq və s.
2. Ailənin bütün üzvlərinin yekdilliyi: valideynlərdən biri icazə verirsə o birisi bunu qadağan etməməlidir. Valideynlərinin fikir müxtəlifliyindən istifadə edərək uşaq biclik və ikiüzlülüyü öyrənər.
3. “ olmaz ” sözündən istifadə edilməsi lazım olan situasiyaları azaldın: əgər şirniyyat yemək qadagandirsa onu gizlədin, masanın üstünə qoymayın.
4. Hansısa qadağa qoymusunuzsa onu dəyişdirməyin. Bu uşaqda itaətsizlik və kaprizlərə səbəb olur.
5. Qadağalar əsaslı olmalıdır. Qadağa qoyarkən onun səbəbini də izah edin. Səbəbini bilmədikdə etirazlar çox ola bilər.
Yadınızdan çıxarmayın ki, uşaqlar hədə-qorxuya ciddi inanırlar. Uşaqlara təsir etmək üçün valideynlər çox vaxt hədə-qorxudan istifadə eliyir, amma daimi hədə-qorxu uşaqlarda mənliyin inkişafına təsir göstərir, qətiyətsizlik, utancaqlıq və kompleksliyə səbəb ola bilər.
Qorxu müəyyən hallarda mühümdü. Qorxu hissi bir çox hallarda uşağı qoruyur. Amma bu müəyyən sərhədə qədər olmalıdır. Böyüklər uşağa təsir etmək üçün belə frazalardan istifadə edirlər: özünü pis aparsan polisi çağıracam, yeməyini yeməsən həkim gəlib iynə vuracaq. Bunun nəticəsində uşaq həkimdən, polisdən qorxacaq.