Thursday, January 3, 2013

Televiziya proqramlarının və cizgi filmlərin uşaq psixologiyasına təsiri


Bildiyimiz kimi istər böyüklər,istərsə də uşaqlarımız boş vaxtlarında hər zaman televizor izləməyə meyillidirlər.Hər bir insan asudə vaxtını maraqlı,əyləncəli keçirməyə çalışır.Əsasəndə körpələrimiz cizgi filmlərini izləməkdən xoşlanırlar.Bəs görəsən uşaqlarımızın izlədiyi televiziya verlişləri və ya cizgi filmləri onların bir şəxsiyyət kimi formalaşmasına və inkişafına nə kimi təsir göstərir? Hansı cizgi filmləri uşaqlarımızın psixologiyasına mənfi təsir edir?
Onların izlədiyi televiziya verlişləri gələcəkdə hansı problemlərin yaranmasına səbəb ola bilər?Uşaqlara gün ərzində neçə saat televizor izləməyə icazə verməliyik?Uşaqlarımıza uyğun televiziya verlişlərini və cizgi filmlərini seçərkən nələrə diqqət yetirməliyik?Uşaqlara hansı cizgi filmlərinə və televiziya proqramlarına baxmaq olmaz?Reklamların uşaq psixologiyasına təsiri hansılardır?Televizor izləməyin uşağın nitq inkişafına hansı təsirləri var? və s. bu kimi suallar hər bir valideyni düşündürən ən vacib problemlərdəndir.
Psixoloqlar və pedaqoqlar uşağın inkişafında və formalaşmasında mühitin,tərbiyənin,irsiyyətin rolu ilə yanaşı televiziya proqramlarının və cizgi filmlərinin də təsirini xüsusi qeyd edirlər.Çünki bəzi valideynlər uşaqlarına yetərincə zaman ayırmadıqları üçün uşaqlar vaxtlarının çoxunu televizor qarşısında keçirməli olurlar.Buna görə hər bir valideyn uşağının nələri izlədiyinə diqqət yetirməlidir.
Uşaqlarımıza uyğun televiziya verlişlərini seçərkən nələrə diqqət yetirməliyik:
1.uşaqların yaşına və anlaq səviyyələrinə uyğun film seçilməlidir.
2.məkətəbəqədər yaş dövründə uşaqları qorxulu,şiddətli,aqressiya doğuran,xəyali xarakter daşıyan cizgi filmərindən uzaq tutmaq lazımdır.Çünki bəzi cizgi filmləri xəyal məhsulu olduğu üçün 2-4 yaşlı uşaq həmin filmi izləyərkən orada baş verənlərin həqiqət olmadığını dərk etmə qabilliyətinə malik deyil.
3.Yaşa uyğunluq nəzərə alınmalıdır.0-2 yaşlarda olan uşaqlara nağıl personajlarından ibarət cizgi filmlərinin izlənilməsi daha məsləhətlidir.Bu zaman körpə ona danışılan nağılı canlı izləmiş olar.
4.uşağın inkişaf dövrü üçün filmlərin düzgün seçilməsi vacibdir.Çünki bəzi cizgi filmləri və ya televiziya verlişləri uşağın normal inkişafında bəzi arzuolunmaz problemlərin yaranmasına səbəb olur.Şiddət,qorxu filmini izləyən uşaq bunun real olmadığını hələ dərk etmir və həmin səhnələri təkrarlama ehtimalı çoxdur.
5.Gün ərzidə hər yaş dövrünə uyğun olaraq uşaqlara televizor izləməyə dəqiq vaxt ayrılmalıdır.Məktəbəqədər yaş dövründə olan uşaqlara 20 dəqiqə,kiçik məktəb yaş dövründə olan uşaqlara isə 40 dəqiqədən çox televizor izləmək qadağandır.5-6 yaşdan etibarən isə ən çoxu 1.5 saat televizor izləməyə icazə verilməlidir.
6.nitqi hələ tam inkişaf etməyən uşaqlara isə çox televizor izləmək qadağandır.Bəzi valideynlər düşünür ki,əgər uşaq televizora çox baxarsa daha çox söz öyrənə bilər.Bu çox yalnış bir düşüncədir.Çünki uşaq izlədiyi şeyin nə olduğu haqda informasiyaya malik olmur.Buna görə də uşaqla valideynin canlı ünsiyyəti daha önəmli və effektli xarakter daşıyır.
7.İzləniləcək verlişin və ya cizgi filminin məzmunu ilə ilk növbədə özü maraqlanmalıdır.Belə ki,bəzi filmlər əcnəbi dillərdən tərcümə olunduğu üçün bir çox sözlər bayağı ifadələrlə tərcümə olunur.Bu isə uşağın düzgün tələffüzünə və yalnış informasiya əldə etməsinə səbəb olur.Ona görə də valideyn izlənəcək filmin məzmunu ilə ətraflı tanış olmalıdır.Həmin proqramın və ya cizgi filminin pedaqoji baxımdan uşağın tələffüzünə uyğun olub-olmadığını müəyyən etməlidir.
Yaşa uyğun olmayan televiziya proqramlarının və cizgi filmlərinin izlənməsi aşağıdakı davranış pozuntularının yaranmasına səbəb olar:
-alt islatma
-dırnaq yemə və barmaq əmmə vərdişləri
-anadan uzaqlaşmama,tək qalmaq qorxusu
-evdə yalnız gəzməkdən qorxmaq
-təkbaşına yatmaq qorxusu
-gərgin gecə qorxuları
-kabusla oyanma və s.
Televiziya proqramları və cizgi filmləri ilə yanaşı reklamlar da uşaq psixilogiyasına təsir göstərir.Belə ki,valideynlər uşaqlarının reklamları daha çox maraqla izlədiklərini deyir.Buna səbəb reklamlarda uşaqların sevimli cizgi film qəhrəmanlarından istifadə olunmasıdır.Uşaqlar üçün lazım olan qida və geyimləri reklamları isə uşağın psixologiyasına birbaşa təsir göstərir.Çünki uşaq reklamda göstərilən şeylərin həqiqət olub-olmadığnı dərk edə bilmir və onun sevimli qəhrəmanın reklamda iştirakı həmin şeyə olan marağını artırır.Ona görə də uşaq valideynlə marketə və ya hər hansı geyim mağazasına gedəndə reklamdakı əşyaların,geyimlərin alınmasını tələb edir.Buna görə də uşaqlarınızla daha açıq və onların başa düşəcəyi şəkildə danışın,reklamdakının həqiqət olmadığını ona inandırmağa çalışın.Çünki reklam olunan süni qidalar sizin körpələrinizin sağlam inkişafına çox böyük mənfi təsir göstərir.Uşaqlarınızın sağlam və normal inkişafı sizin öz əlinizdədir!Onları qorumaq siz valideynlərin ən böyük vəzifəsi və ən əsası borcunuzdur.Unutmayın ki, körpələrimiz Allahın bizə ən böyük əmanətidir!



Psixoloq Aygün Hüseynova