TOP NEWS

Tuesday, January 22, 2013

Əsl dost psixologiyası


1.Əsl dost:
a) Həmişə səhvimi bağışlayar
b) Hələ dostum yoxdur
c) Dar gündə yanımdadır

2.Dostlar arasında olmamalıdır:
a) Rəqabət
b) Paxıllıq
c) Bekarçılıq
3.Dostunla sən:
a) Əylənirsən
b) Söhbət edirsən
c) Sirrlərini danışırsan

4.Dostun səni tənqid etsə,sən...:
a) Çox heyfsilənirsən
b) Səbəbini öyrənməyə çalışırsan
c) Fikir vermirsən

5.Dostunun problemləri olanda sən...:
a) Onu dinləyirsən
b) Digərləri ilə müzakirə edirsən
c) Məsləhət verirsən

6.Dost sənə sirr etibar edir,sən...:
a) Digərlərinə ad çəkmədən danışırsan
b) Heç kimə danışmırsan
c) Qorxursan ki,başqasına danışarsan

Netice:
A Əgər “a” variantını çox seçmisənsə:Sən dostlarınla yaxşı əylənirsən.Dostlarına yaxşı məsləhətlər verirsən və çətin məqamlarda nə etmək lazım olduğunu yaxşı bilirsən.Əgər köhnə dostlar səni bezdirirsə,özünə yenilərini axtarırsan.
B Əgər “b” variantını çox seçmisənsə:Sən çox sədaqətli dostsan.Dostlarını çox yaxşı anlayırsan,onlara verdiyin sözləri yerinə yetirirsən.Yaxşı və pis gündə həmişə dostlarının yanındasan.
C Əgər “c” variantını çox seçmisənsə:Səninlə darıxmazlar!Güclü yumor hissin var,hamını təəccübləndirməyə qadirsən.Ancaq kefsiz olanda ,sənə toxunmamaq lazımdır