Peşə seçimi haqqında məsləhətlər
Yaxşı, seçilən peşə insan həyatına nə kimi təsirlər edir? Bu barədə psixoloqlar bunları məsləhət görmüşdür.
1.Həyatı boyunca davamlı bir iş sahibi olub və ya ola bilməyəcəyini təyin edəcək.
2.Yaşamı boyunca müvəffəqiyyətli və ya müvəffəqiyyətsiz bir adam olmasında əhəmiyyətli bir rol oynayacaq.
4.Həyatı boyunca yaşayacağı mühiti və ya ətrafların xüsusiyyətini və yerini təyin edəcək.
5.Ailəsinin qazancını və dolanışıq tərzini təyin edəcək. İşindən zövq alıb almayacağı bunun nəticəsində məsuliyyətli bir insan olub ola bilməyəcəyini təyin edəcək.
Hər peşənin özünə xas xüsusiyyəti, iş şərtləri və təmin etdiyi imkanlar fərqlidir.
Peşə seçməmişdən əvvəl bilməyiniz lazım olanlar bunlardır
1. Özünüzlə əlaqədar məlumat sahibi olmalısınız:
•Hansi mövzularla maraqlanırsınız?
•Hansı mövzularda qabiliyyətli olduğunuzu düşünürsünüz?
•Xüsusiyyətlərinizi bilirsinizmi? (Məsələn, liderlik xüsusiyyətinə sahib olduğunu düşünən , irəliləmə imkanı olmayan bir peşə seçdiyində bədbəxt ola biləcək.)
•Yaşamda ən çox nələrə əhəmiyyət verirsiniz? Pul qazanmaq, məşhur olmaq kimi