Ən faydalı qidalar
Nar: qan dövranını tənzimləyir. Damarları qoruyur və şiş xəstəliklərində şişlərin böyüməsinə mane olur.
Alma: ağciyər xərçəngi, astma, diabetdən qoruyur. Sümükləri gücləndirən kalsium ilə zəngindir. Yeməkdən 30 dəqiqə əvvəll yeyildikdə iştahı azaldır.
Brokolli: xərçəngin bütün növlərinə tutulma riskini azaldır. Mineral və vitaminlərlə zəngindir. Bədəni toksiki maddələrdən təmizləmək qabiliyyətinə malikdir.
Yumurta: təbiətin ən qüsursuz qidası hesab edilir. Proteinlə zəngindir. Beyni və göz sağlamlığını gücləndirir.
Qırmızı ət: Omega-3 vitamini ilə zəngindir. Lazımi miqdarda istifadə edildiyində, xərçəngdən qoruyur. Protein və B12 vitamini mənbəyidir.
Fındıq-fıstıq: həftədə 5 dəfə çərəz yemək infarkt və ürək problemlərini 30-50 faiz azaldır. Gün ərzində 25 qram çərəz yemək kifayətdir.
Süd: vitamin, mineral və faydalı bakteriyalarla boldur. Süd xərçəngə qarşı mübarizə aparan "CLA" asidinin yaranmasına kömək edir.
Balıq: tərkibindəki Omega-3 beyni və ürəyi qoruyur. Qan şəkərini tənzimləyir.
Lobya: çəkini, qan şəkərini tənzimləyir. Xərçəng və ürək xəstəliklərindən qoruyur. Gündə 25-28 qram qəbul edilməsi məsləhətdir.
Qarağat: xərçəngdən qoruyan antioksidanlarla boldur. Yaddaşı gücləndirir.
Soğan – sarımsaq: mədə, prostat, yemək borusu xərçənginə qarşı müqaviməti artırır. Ürək xəstəlikləri riskini 20 faiz azaldır