Hallusinasiyalar
Bəzən insanlar həqiqətdə mövcud olmayan nəyisə gördüyunü deyirlər. Bu hallusinasiyalardir. Hallucinatio latınca mənasız danışıq, həyata keçməz arzular deməkdir Hallusinasiyalar ilə illuziyalar çox vaxt eyniləşdirilir, amma illuziya xaricdən gələn stimulların təhrifindən yaranırsa, hallusinasiyalar daxili psixi faktorlar əsasında yaranır. İlluziyalar görmə və ya digər duyğu orqanının aldanmasından yaranır və əksər hallarda sağlam insanlarda yaranır Hallyusinasiyalar yorğunluq, həyəcan, stress, qorxu, bəzi psixotrop maddələrin qəbulu və bir sıra psixi və nevroloji xəstəliklər zamanı yaranır. Hallusinasiyalar baş verdiyi analizatorlara görə fərqli olur. Məsələn, görmə, eşitmə, taktil, visseral və s Taktil hallusinasiyalar insana toxunma zamanı yaranan hallusinasiyalardır. Məsələn, bədənindən elektrik keçmə. Visseral hallusinasiyalar zamanı pasient öz daxilində, orqanlarında predmetlərin, canlı həşəratların olduğunu hiss edir. Hallusinasiyaların növləri:
1. Həqiqi hallusinasiyalar. Reallıqda mövcud olan obyektlərin qavranılması. Həqiqi hallusinasiyalar assosiativ, imperativ, reflektor, və ekstrokamp olur
Assosiativ hallusinasiyalar. Məsələn, hansısa səsi eşitdikdə o səsə uyğun görmə hallusinasiyaları yaranır.
İmperativ hallusinasiyalar. Əsasən eşitmə analizatorlarında olur və əmredici tonla fərqlənir. Çox vaxt bu səslər insanın özunə və ya ətrafdakılarına təhlükəli olan hərəkətləri etməyi əmr edir. Buna görə də əksər hallarda özünəqəsdlə nəticələnir.
Reflektor hallusinasiyalar. Bir analizatora təsir etdikdə digər analizatorda yaranan hallusinasiyalar.
Ekstrokamp hallusinasiyalar. Müəyyən analizatorun hissiyat zonasından kənarda yaranan hallusinasiyalar. Məsələn, görmə hallusinasiyalararı zamanı obyekt insanın arxasinda qavranılır
2. Psevdo və ya saxta hallusinasiyalar. Realıqda mövcud olmayan obyektlərin qavranılması. Ən çox şizofreniya xəstələrində rast gəlinir.
3. Funksional hallusinasiyalar. Predmet, obyekt hər hansı bir real fon üzərində qavranılır. Məsələn, yarpaqların xışıltısından insan danışıqlarını eşitmək. Yorğunluq zamanı sağlam insanlarda da rast gəlinir.
4. Bonne hallusinasiyaları. Zəif və ya heç fəaliyyət göstərməyən analizatorlarda yaranan hallusinasiyalar. Məsələn, kor insanlarda görmə, karlarda eşitmə hallusinasiyaları.
5. Elementar hallusinasiyalar. Tamamlanmayan predmetlərin qavranılması. Məsələn,
formasız ləkələr görmək.
6. Hipnoqoqik hallusinasiyalar. Saglam insanlarda olur. Yuxu və oyaqlıq arasında yaranır. Məsələn, sükan arxasında yuxulayan sürücü qəflətən maşını saxlayır və kiminsə yola qaçdığını deyir.