TOP NEWS

Saturday, January 12, 2013

Beyin məşqi


Biz bilirik ki ,insanı idare eden onun beynidir.Beyin gün boyunca aktiv fəaliyyətdə olur.İnsana elə gəlirki yatanda beyin də passivləşir,lakin yuxugörmə zamanı da beyinin bir hissəsi aktiv fəaliyyətdə olur.Beynimiz gün boyunca aktiv olduğu üçün "yorula" bilir.Buna görə də Beyin Gimnasikasi ilə məşğul olmaq lazımdır.Çünki bu beynin gücdən düşməməsinə və zəkanın inkişafına şərait yaradır.
Bəs bunun üçün nə etməliyik?
Beyin gimnastikası üçün bir sira qaydalara əməl etsək məqsədə uyğun olar.Bu qaydalar aşağıdakılardır:
1.Araşdırmalar göstərir ki ,açıq havada gəzmək,xüsusilə də qaçmaq ,idmanla məşğul olmaq birbaşa beyinin fəaliyyətin artırır.Həmçinin ayaqüstə hərəkətlə oturaq vəziyyət arasında müqayisə ilə beynin aktivliyi 10 dəfə və daha çox artır.
Buna görə də insanlar çətin qərarların qəbulu zamanı qapali məkanda olduğu erazidə dövrə vurur.Bundan başqa gəzərkən əllərin hərəkətinə də xüsusi əhəmiyyət vermək lazımdır.Çünki bu zaman beynin performansı güclənir.
Birinci qayda: açıq havada olmaq,gəzmək,idmanla məşğul olmaqdır.
2.Xarici dillərdə sözlər öyrənmək,oxumaq,əzbərləmək beynin akitləşməsinə səbəb olan faktorlardan biridir.Bundan başqa telefon nömrələri əzbərləmək,öz dilində tanış olmayan sözləri öyrənmək,tez -tez edəcəyimiz bazarlıq siyahısını yada salmaq və s. də beynin fəaliyyətini gücləndirir.
İkinci qayda: yeni sözlər öyrənmək və bildiklərimizi yada salmaqdır.
3.Beynin fəaliyyətin artıran şahmat kimi oyunlarla məşğul olmaq lazımdır.Tapmaca tapmaq,krasvord həll etmək də beynin gücləndirən amillərdəndir.Həmçinin yoqa ,meditasiya ilə də məşğul olmaq məsləhətdir.
Üçüncü qayda: düşündürücü oyunlarla məşğul olmaqdır.
4.Çox bəyənərək dinlədiyiniz musiqilərə hərdən gözü bağlı qulaq asın.Çünki musiqinin beynin fəaliyyətinə təsiri xüsusilə də klassik musiqinin təsiri böyükdür.Musiqi ilə yanaşı ədəbiyyat ,şeir və maraqli əsərlər də oxuyaraq beyininizə təsir edə bilərsiz.
Dördüncü qayda: beyni musiqi ilə ,ədibiyyatla "qidalandırın".
5.Əsas faktorlardan biri isə yediyiniz qidalara xüsusilə diqqət edin.Çünki qidalanma rejiminiz beyninin fəaliyyeti ya azalada ya da artira bilər.Buna görə də vitaminlərlə zəngin qidalara,o cümlədən meyvə və yaşıl tərərvəzlərlə qidalanmağa üstünlük verin.
Beşinci qayda: bol vitaminli qidalardan istifadə etməkdir.
Sonda isə qeyd etmək istəyirəmki çalışın səhər oyananda və gecə yuxuya getməzdən əvvəl müsbət fikirləri beyninizə həkk edesiniz.Çünki gün boyunca insan beynində 60 minlə 80 min arasında sözlər keçir və bu düşüncələr pozitiv ya negativ şəkildə həyatımıza yamsıyır.Buna görə də həyatımızda negativ ve ya pozitiv hadisələrin olması birbaşa beynimizlə əlaqəli şəkildə təzahür edir.Qısacası düşüncələrimiz həyatımızı şəkilləndirir.Çalışaq maxsimum dərəcədə pozitiv düşünək.Pozitiv düşünməniz diləyimlə.....

Psixoloq: Aysel Mahmudlu