TOP NEWS

Sunday, January 6, 2013

Autizmli ushaqlarla davranış problemləri


Autizm uşaq dünyaya gələndən onda olan və əlamətləri yaşamının ilk üç ilində meydana çıxan bir xəstəlikdir. Autizm üç sahədə özünü göstərir : (a)cəmiyyətlə qarşılıqlı təsirdə, (b) dil və ünsiyyətdə, (c) maraq və davranışlarda. Cəmiyyətlə qarşılıqlı təsirdə olan problemlərə - dostları ilə münasibətdə göz kontaktının olmaması, dost olmaq istəməmək və s. bu kimi hallar daxildir. Dil və ünsiyyət problemlərinə heç danışmamaqdan, qeyri-adi danışıqlara qədər olan problemlər daxildir. Maraq və davranışlarda olan problemlərə autizm yorğunluğu ilə əlaqədar olaraq bəzi qeyri-adi hadisələrə həddindən artıq maraq göstərmək, bəzi mənasız hərəkətləri təkrar-təkrar etmək və s. bu kimi hallar olur.
Autizmli uşaqlarda rastlanan davranış problemləri ilə bağlı özəlliklər bunlardır :
təkrarlanan hərəkətlərə həddindən artıq bağlılıq ;
eyniliklərə həddindən artıq israr ;
yeni mühit şəraitinə gec adaptasiya olmaq ;
ictimai təcridolunma ;
göz kontaktının olmaması ;
özünə qapanıqlıq ;
sosial mükafatlandırılma və təsdiqdən daha çox öz daxili mükafatlandırılma və təsdiqinə meylli olmaq;
rədd etmə meyli ;
Autizmdə tez tez rastlanan davranış pozğunluqlarından biri əsəb reaksiyasıdır. Bura – qışqırma, özünə qarşı təcavüzkarlıq göstərmək, çevrəsinə qarşı təcavüzkarlıq göstərmək və s. bu kimi davranışlar daxildir. Autizmli uşaqlarda bu kimi hərəkətlər adətən bəzi hadisələrdən sonra başladığı müəyyənləşdirilib. Məsələn, yüksək səsli bir təyyarənin keçməsi, uşağın süd içməsinin qadağan edilməsi, məktəbdə zəngin vurulması, qonşunun itinin qəfldən hürməsi, televizorun keçirdilməsi və s. Bu vəziyyətlərdən bəzilərini kontrol altına almaq olur. Məsələn, məktəbdəki zəng səsini azaltmaq mümkün ola bilər. Ancaq belə vəziyyətlərin çoxuna müdaxilə etmək mümkün olmur. Məsələn, təyyarənin keçməsinə mane ola bilməzsiniz ya da televizoru həmişə açıq saxlaya bilməzsiniz.
Başqa tərəfdən, əsəb reaksiyasının vacib bir bölümü ondan ibarətdir ki, uşaqlar bu yolla istəmədiyi vəziyyətdən qurtula bilirlər. Məsələn, əsəb reaksiyası göstərən uşaq ona çətin gələn çalışmalardan, istəmədikləri yeməklərdən, sevmədikləri mühitdən qurtula bilərlər. Uşaqlar bu hərəkətləri edərkən valideynlər ya müəllimlər “Yaxşı, çalışmaq istəmirsənsə, stoldan qalxa bilərsən” ya da “Yaxşı,bir az tənəffüs edək” deyərək adətən uşağı sərbəst buraxırlar. Başqa cür uşağı sakitləşdirmək üçün hər kəs onun başına toplaşır, bəziləri uşağı sakitləşdirmək üçün saçını oxşayır, bəziləri “gəl, sənə konfet verim” kimi təkliflər edirlər. Bu cəhdlər çox zaman nəticə verir, uşaq sakitləşir. Ancaq bu nəticə böyük tələdir. Çünki uşaq nə zaman başqalarının diqqətinin çəkmək ya da bir şeylərdən canını qurtarmaq istəyərsə, əsəb reaksiyası göstərməyə başlayacaq.Bu valideynlərin diqqətindən kənarda qalan məsələdir. Belə hallarla rastlaşdıqda psixoloqa müraciət etmək məsləhətdir. Unutmayın ki, autizm müalicəsi olmayan problem deyil.
//Psixoloq : Sevda Cəlilzadə.