Kişilərin Öpülməli Yerləri…
Kişilərdən hansı yerlərinin öpülməsini istədiklərini soruşduq (ən ağlagələn ilk iki yeri çıxmaq şərtilə, bunların nələr olduğunu özün də yəqin başa düşdün). Bu öpüşlərin daha seksual olması və onu daha da həyəcanlandırman üçün məsləhətlər veririk.
Boynu
Boynunun hər iki tərəfindən yuxarıdan-aşağıya doğru xəfif öpüşlərlə başla. Daha sonra isə əks istiqamətdə, yəni aşağıdan-yuxarıya doğru onu öpməyə davam et.
Qulaqları
Qulaq mərcəkləri ən həssas yerlərimizdən biridir, çünki sinir ucları ilə doludur. Qulaqlarını öpərkən mərcəklərini dişləməkdən çəkinmə.
Sinəsi
Dilinlə döş gilələrinin ətrafında dairələri öp. Daha sonra isə ehmalca gilələrini dişlə. O, müqayisə olunmaz hisslər yaşayacaq. Və sənə minnətdar olacaq.
Ombaları
Ombalarını daxili tərəflərini dizlərdən yuxarıya doğru əvvəlcə əllərinlə sığalla, daha sonra öp. Zəmanət veririk, onun çox xoşuna gələcək.
Körpücük sümüyüBu yerdəki çökək hissə çox həssas hissə sayılır. Öpərkən nəfəsinlə bu yeri isitməyə çalış və beləliklə, onun duyacağı ləzzət ikiqat artacaq.