İmtahan stressi
İmtahana hazırlaşan hər bir kəs imtahan qabaqı həyəcanını boqmaq üçün bəzi bir neçə şərtlərə əməl etməlidir;
- Öz söz – söhbəti ilə sizi həyəcanlandıran insanlarnan ünsiyyətdə olmaqdan qaçın
- İmtahana hazırlaşan dövrdə əsasəndə imtahana az müddət (bir həfdə) qalan vaxda sizə müsbət enerji verən insanlarnan ünsiyyət qurun
İmtahana az bir müddət qaldıqda isə
- İmtahana bir həfdə qalmış təzə material öyrənməyin.
- İmtahana bir gün qalmış heçnə oxumayın.Son günü ancaq istirahətə həsr edin
- İmtahanın gedişini çalışın öz xəyalınızda hər xırdalıqına kimi canlandırasınız.
- İmtahandan sonra əgər istədiyini nəticəni əldə etməsəniz nece reaksiya vereceyinizi və nə edəcəyinizi mütləq planlaşdırın ki, neyi nece edeceyinizə qabaqcadan hazırlıqlı olasınız.
- Imtahana lazim olan əşyaları axşamdan hazirlayıb imtahan günü rahat tapa biləcəyiniz bir yere qoyun
- Imtahanı vereceyiniz yeri qabaqcadan öyrenin ki, imtahan günü axtarmayasınız.
- İmtahana gedən vaxt sizə rahat olan paltari geyinin və sizə uğur gətirəcəyinizə inanacaqınız aksesuarlardan istifadə edin
Unutmayın ki, imtahana hazırlaşan andan imtahanın verilib qurtarmasına qədər məsuliyyət təkcə imtahana hazırlaşanın üzərinə yox həmin inasanların valideyinlərinində məsiliyyəti var.Alınacaq hər bir nəticədə imtahana hazırlaşanın payı qədər imtahana hazırlıq dövründə ona valideyinləri tərəfindən göstərilən münasibətində payı var.Unutmaq olmaz ki, imtahana hazırlıq ilk öncə ailədən, imtahana hazırlaşan insana yaradılmış mühittən və ona olan inamnan başlayır. Bunlar nə qədər mükəmməl, imtahana hazırlaşan üçün rahat olarsa alınacaq nəticədə bir o qədər yaxşı olacaq
.jpg)