İnsansız yer istəyirəm!
həkimlər bunun yaxşı hal olmadığını və mütləq istəməsən belə yeməlisən deyirdilər, lakin indi: “Bədən tələb etmirsə, deməli lazım deyil”-deyirlər. Bəlkə onun artıq zibilə ehtiyacı yoxdur, ya da təmizlənmək istəyir, ya da ki, bu tələbatı müvəqqəti olaraq işləmir, onun əvəzinə digər boşluqlarını doldurmağa çalışır, nəinki həzm sistemi orqanlarının boşluğunu……………
İnsansız yerdə olmaq istədiyimi başa düşdüm, bu istək əlbəttə ki, qəflətən olmadı, yenə illər ərzində baş verən hadisələr, onların qoyduğu izlər, gəldiyim nəticələr, eyni növ hadisələrin dəfələrlə təkrarı məni ayıq qalmağa vadar edirdi, unutmamağa, çünki çox pis xüsusiyyətlərimdən biri baş verən pis şeyləri tez unutmağımdır. Bəzən yemək istəyim olmadığı kimi, bu dəfə insan görməmək, eşitməmək, hətta hiss eləmək belə istəmirəm, hətta insan DNT-nə yaxın olan məxluq belə istəmirəm…Yerdən çıxmaq hansısa boşluqda olmaq istəyirəm, orda əslində tam özümü hiss edərəm..çünki müqayisə edəsi bir şey olmaz, insan içində onlar kimi olmadıqca və bu fərq sənə yaxşı heç nə vermədiyi halda, nə edəcəyini bilmirsən, çünki cəmiyyətdə yaşayırsan, hər gün və həyatı boyu gözünü açandan gözünü yumana qədər hər şeydə insan var, həyatında, işdə, ətrafında, ürəyində, beynində, hər yerdə… bəlkə də hardasa başqa molekulyar quruluşa malik canlılarla belə yaşamaq istərdim, orda da özümü müqayisəyə ehtiyac yoxdur, onlar məni incidə bilməzlər, düzdür, deyirlər, insan istəməsə heç kim onu incidə bilməz, amma bu da insanlarla bağlı deyilmiş bir sözdür:)
Onların əksəriyyətini üzlərindəki ifadə kimi içi irinlə dolu maye ilə gəzən, çürümüş məxluqlar kimi görürəm, bəzilərinin irini daha azdır, bəzilərində hələki maye bulanıb, amma bir gün o da irin verəcək. Ürəyi, beyni irinli adamlarla bir şəhərdə, ölkədə, planetdə yaşamaqdan bezmişəm!!! İçimdən nəyisə böyük bir şeyi qoparıb atmaq istəyirəm, onların məni daha çox çirkləndirməyinə imkan verə bilmərəm!!! Bəli, qoparıb atmalıyam, rahat nəfəs ala bilmək üçün!!!…Bəlkə nə vaxtsa yenidən yox olmaq istəyim olsa, səbəb də bu olacaq, insanlar!
Bəlkə hansısa balıq kimi doğulsaydım daha xoşbəxt olardım, həmişə düşünürdüm ki, insan olmayan yerdə yaşaya bilmərəm, indi isə artıq buna ehtiyacım var, insansız yerə…
Heyvanların yalnız instinktlə yaşadıqlarını deyirlər, insanların isə şüuru, hissləri, vicdanı və s. var, amma bunlar heç bir işə yaramırsa və heyvanların həyatı daha nümunəvi və təmizdirsə, onda kainat niyə məhz insana bu xüsusiyyətləri verirdi?! Heyvanlar instinktdən irəli gəlsə də , bir-birini sevə, bir-birinin qayığısına qala bilirlər, düşünmürəm ki, onlar nəsə güdürlər bir-birindən, bəlkə də onların elə insan olmamağı yaxşıdır, insan xüsusiyyətləri onlarda olsaydı sevgi onlar üçün də ölərdi. Yalnız nəsə güddükləri halda, bir-biriləri üçün nəsə edərdilər…
Əvvəllər məsələn, bunu bilmirdim, bəlkə bilirdim, amma bu haqda yalnız məni ayıldan, çox sevdiyim biri ilə aylarla yazışdıqdan sonra daha yaxşı başa düşməyə başladım, hardasa qaranlıq qalan, beynimdə ilişib qalan…bəkə də o da məndə hardasa qaranlıqda qalıb oyadılmalı olan hissələrin olduğunu bildiyi və hiss elədiyi üçün mənə bu haqda yazırdı…Mənə izah eləməyə çalışdığı o idi ki, yalnız içi sevgi ilə dolu biri sevgi verə bilər, indi o cütlükləri görəndə və onlardan hər hansı birini analiz etdikdə və içində az da olsa sevgi hissi olmayan birinin əl-ələ tutub gəzdiyi, sevişdiyi insanların olmağı mənə anormal gəlir, yalnız “öz” tələbatlarını ödəmək üçün bunu edirlər, axı bu onların hissəsi olsa o tələbat olmayacaq, bəlkə də hardasa səhv eləyirəm, bəlkə də nə vaxtsa məhz bu haqda daha ətraflı yazdım, bəlkə də hekayə şəklində, hətta heç kim heç nə başa düşməsə də:)
Bunu bir neçə gün əvvəl qaldığım evdə çox daha yaxşı hiss elədim və gördüm, iki sevgili, yəni adi insanlara məxsus sevgi yaşayan sevgililər, gecə inilti səslərindən yata bilmədiyim sevgililər, kənardan əla cütlük kimi görünən, əslində isə hər ikisi də tək qalmaqdan qorxan və içində sevgi olmadığı üçün buna tələbatı olub, onu kənardan almağa çalışan iki insan…amma sonuncu dəfə nə vaxt qucaqlaşdığını, öpüşdüyünü belə unudan biri üçün bu gözəl mənzərə olmalıydı… Əsl sevgi nümunəsi…..amma bəlkə də içi sevgi ilə dolu olub, onu verməyə yeri olmayan və buna görə də xoşbəxt ola bilməyən anormal biri kimi olmaqdan daha yaxşıdır bu… kaş bacarardım, kaş hamı kimi olardım, bunu bacarardım….bacarmıram, bacarmaram….kaş nə vaxtsa kimsə mən demədiyim halda belə şeyləri hiss elədiyini deyərdi, eyni düşünə bilən biri ilə rastlaşacağımı düşünəndə belə tüklərim biz-biz olur….
Bu günə kimi heç vaxt, heç kim tərəfindən başa düşülməmişəm, bu mənim üçün artıq adi haldır, insansız yerə getsəm, bu tələbatım heç olmaz, orda ki, kimsə yoxdur, bölüşməyə ehtiyac yoxdur, çünki bölüşməli şeylər artıq yaranmayacaq, olanlar da məhz oranın tələbatına uyğun olaraq, adaptasiya olunaraq məhv olub gedəcək, deməli başa düşülməyə ehtiyac da yoxdur…
Ona görə də yenə də heç kimin başa düşmədiyi kimi sosial şəbəkələrdən də uzaqlaşdım, sonra bir neçə günlük açdım, o da öz istəyimlə deyil, necə ürəyim bulandığını və məni itələdiyini hiss elədim, başa düşmürdüm niyə, sonra burda daha çox insanın olduğunu başa düşdüm, artıq açanda səhifəni ordakı insanların canlı olduğunu hiss eləmirəm, əvvəl yazırdım, yazışdırdım, bu xoşuma gəlirdi, əslində isə bu, özünü tək hiss etməmək üçün olan böyük, çox böyük bir tələdir..İllərlə orda tanıdığım heç kimlə real həyatda yaxşı münasibət qura bilmədim, qurdum, amma hamısı dağıldı, qalanlar isə ayda, ildə bir dəfə yazışdığım adamlardır. Bu, halyusinogen qəbuluna bənzəyir, içirsən və olmayan şeyləri görməyə, eşitməyə başlayırsan, burda olduğu kimi, insan görməyə başlayırsan, əslində monitora qulağını yaxınlaşdırsan orda nəinki ürək döyüntüsü, heç insandan gələn tezliyin belə olmadığını hiss eləyəcəksən, yalnız və yalnız özünü aldadan tək və içi boş olan məxluqlar yığını, yalnız səni görəndə və sənə ehtiyacları olduğunda yazan və axtaranlar yığını…
